Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Ekologiya
2 Aprel , 2018

1)      Xəzərin səviyyə tərəddüdü;

2)      ekoloji gərginlik (çirklənmə);

3)       bioloji problem.

Bu problemlər bir-biri ilə sıx bağlıdır.

Belə ki, Xəzər dənizinin səviyyəsinin qalxması təbii proseslərlə yanaşı, çirklənmə ilə əlaqədardır. Digər tərəfdən  canlıların  məhv olması, yəni bioloji problemi törədən əsas amil məhz çirklənmədir.Bu problemlərin içərisində çirklənmə daha çox diqqəti cəlb edir.

Ekoloji problemin həlli eyni zamanda digər problemlərin də həlli deməkdir.

Xəzər dənizinin səviyyəsi daim tərəddüd etmişdir, yəni gah qalxmış, gah da enmişdir, Xəzər sahili xalqlar dənizin bu səviyyə tərəddüdlərindən tarix boyu zərər çəkmişlər.Xll əsərin daş yadigarı olan möhtəşəm Qız qalası Xəzərin lap sahilində, ləpədöyən daşların üzərində tikilmişdir.Hələ də tarixçilərimiz üçün açılmamış sirr qalan Səbayıl   şəhəri Xəzər sahillərində əzəmətli tikili olmuş, sonralar Xəzərin suları altında qalmışdır.

Son yüzillikdə Xəzər dənizinin maksimum səviyyəsi 1929-cu ildə müşahidə edilmişdir. O zaman onun səviyyəsi okean səviyyəsindən 26 m aşağı idi. Həmin vaxt Xəzərin sahəsi 422 min km-ə çatdırdı. Sonrakı 10-12 ildə Xəzərin səviyyəsi 2m aşağı düşmüşdür. Bunun nəticəsində dənizin sahəsi 50 min km-ə qədər (təqribən Azov dənizinin sahəsi qədər) azalmışdır. Səviyyənin düşməsi 1977-ci ilə qədər davam etmişdir. 1977-ci  ilin ortalarından başlayaraq 1993-cü ilə qədər onun səviyyəsi təqribən 2 m-ə yaxın qalxmışdır.

Xəzərdə suyun səviyyəsinin qalxması nəticəsində dəniz sahillərində 800 km-dən çox ərazi su altında qalmışdır.

Xəzərin səviyyəsinin dəyişməsi ilə bağlı çoxlu mülahizə var. Bir qrup alimlər dənizin səviyyəsinin qalxmasını Yer qabığının tektonik hərəkətləri ilə bağlayırlar.Məlumdur ki, tektonik hərəkətlərlə əlaqədar dənizin dibinin qalxması (xüsusilə Baş Qafqaz dağlarının sualtı davam olan mərkəzi hissədə) onun səviyyəsinə təsir göstərir.

Digər alimlər Xəzərin səviyyəsinin qalxmasında iqlim amilini əsas hesab edirlər.Məlumdur ki, planetimizdə vaxtaşırı Günəş aktivliyinin dəyişməsi ilə əlaqədar atmosferlə Dünya okeanın qarşılıqlı əlaqəsində ciddi dəyişikliklər baş verir. Bu dəyişikliklərə ilk növbədə yağıntıların son onilliklərdə çoxillik normaya nisbətən artıq olması, təbii olaraq  Xəzər dənizinə axan suların həcminin artması və s.aiddir.Dənizin səviyyə tərəddüdünün intensivliyi göstərir ki, bu proses geoloji amillərdən daha çox, iqlim amilləri ilə bağlıdır.

Bütün bunlarla yanaşı, son onilliklərdə  insanların təsərrüfatı fəaliyyəti də Xəzərin səviyyəsinin dəyişməsində az rol oynamır. Bir zamanlar Volqa, Terek, Kür və s. iri çaylar üzərində tikilən su anbarları Xəzərin səviyyəsinin aşağı düşməsinə təsir edən amillərdən biri idi. Çünnaki XX əsrin 50-60-cı illərində Xəzərin səviyyəsinin intensiv aşağı düşdüyü vaxtlar Xəzər hövzəsində xam torpaqların mənimsənilməsi, iri çaylar üzərində suvarma qurğularının, su anbarlarının tikintisi ilə eyni vaxta duşmuşdür.

Son illərdə isə Xəzr dənizi səviyyəsinin qalxması ilə onun çirklənməsinin fəlakətli dərəcədə artması üst-üstə düşmüşdür. Belə ki, son 10 ildə Xəzərdən 100 mln. Tona qədəri dənizin sularına qarışmışdır. Çirklənmələr nəticəsində Neft  Daşları, Bakı buxtası, Sumaqyıt sahilləri ölü zonalara çevrilmişdir.

Xəzərin Azərbaycan sahillərinə hər il 300-400 mln.m-dən artıq çirkab suları axıdılır. Onun əsasını Bakı şəhərinin kanalizasiya suları təşkil edir. Çirkab suları ilə birgə, dənizə 100 min tondan artıq neft məhsulları axıdılır. Neft tullantıları suyun səthini örtərək buxarlanmanı azaldır və eyni zamanda canlılar üçün zəruri olan oksigen mübadiləsinə də maneçilik törədir. İri çaylar vasitəsilə də Xəzər  dənizinə çirkab sular axıdılır. Volqa, Ural, Terek, Sulak çayları Xəzərə təmiz sular gətirmir. Xəzər Dağıstan ərazisindən ildə 100 mln . m-dən artıq sənaye, məişət, kənd təsərrüfatı çirkabı axır. Qazaxıstanın Mangistau, Türkmənistanın Çələkən- Türkmənbaşı sahilləri də ekoloji bğhran içindədir. Bu sahələrdə də  neft- qazçıxarma və kəşfiyyatla əlaqədar ölü zonalar yaranmışdır.

Limanlarda Xəzərin suları daha acınacaqlı vəziyyətdədir. Neft və neft məhsulları daşıyan tankerlər suları daha çox çirkləndirir. Xəzər hövzəsi ekoloji böhran həddində olan regionların siyahısındadır. Onu ekoloji böhrandan xilas etmək üçün hözəsindəki bütün ölkələrin birgə səyi lazımdır.

Vaxtıilə Xəzər dənizi balığın məhsuldarlığına görə Azov dənizindən sonra dünyada 2-ci yeri tuturdu. Xəzərin çirklənməsi və eyni zamanda son illərdə onun səviyyəsinin gah aşağı düşməsi gah da qalxması qiymətli balıq ehtiyatlarının azalmasına, hətta onların bəzilərinin nəslinin kəsilməsinə gətirib çıxarmışdır. Bir vaxtlar Xəzər dənizi dünyada istehsal olunan çapaq, siyənək, çəki, külmə, ağbalığın 80%-ni, qara kürünün isə 90%-dən çoxunu verirdi.

XX əsrin 50-60-cı illərdən etibarən Volqa, Kür, Terek, Ural və s. çayların rejiminin dəyişməsi ilə əlaqədar həmin balıqların kürütökmə şəraiti pisləşmiş, nəticədə onların ehtiyatı xeyli  azalmışdır.

Alimlərimiz hesablamışlar ki, Xəzərdə qiymətli balıq növləri azaldıqca az sənaye əhəmiyyətli kilkənin miqdarı artmışdır.

Xəzərin bioloji problemlərinin bir neçə həll yolu var. İlk növbədə bioloji aləmin normal yaşayışını təmin edən mühit bərpa edilməlidir. Ekoloji tarazlığın pozulmasına yol verilməməlidir. Xəzər çirkab sulardan təmizlənməli,ölü zonaların ekoloji şəraitinin bərpasına diqqət artırılmalıdır.Xəzər dənizində və ona tökülən çaylarda balıqların süni yolla artırılması üçün əsaslı tədbirlər görülməlidir.Xəzərin zəngin sərvətlərində daim istifadə etmək üçün dəniz suyunun təmizliyi ciddi qorunmalıdır.