Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
İnsan hüquq və azadlıqları
5 Aprel , 2018

Beynəlxalq Konvensiya təcrübəsinin ətraflı təhlili bioetikanın Azərbaycan Respublikasının milli qanunvericiliyi və bəzi sivil  dövlətlərin qanunları ilə təsbit olunmuş bir sıra prinsip və qaydalarının gündəmə gətrilməsinə imkan verir.

Əsas bioetik beynəlxalq-milli-hüquqi prinsiplərə və aşağıdakılara aiddir:

1.İnsanın şəxsiyyət kimi hüquqlarına hörmət onun cismani, və ya sosial rifahı ilə bağlı qərarlar qəbul edilərkən şəxsin sərbəst iradəsinin, hüquqlarının və  təyinedici rol oynamaq imkanının tanınmasına və hörmət edilməsinə əsaslanır.İnsan öz bədəninin “sahibi” kimi nəzərdən keçirilməlidir.Onun düşünülmüş və könüllü razılığı olmadan prinsipcə heç bir manipulasiya: tədqiqat , proflaktik, diaqnostik və müalicəvi əməliyyat aparılmamalıdır. Tibb işçilərinin apardıqları tədqiqatlar çərçivəsində əldə edilən klinik, tibbi-bioloji və  digər informasiyalar əldə etmək və idarə etmək üzrə müəyyən hüquqlar da insana məxsusdur.

Əgər insan əməli olaraq özünün təkrarsız və unikal  həyat tarixinin (tərcümeyi-halının) məsul “müəllif” kimi tanınırsa, ona şəxsiyyət kimi hörmət edilir.

2.Xeyirəçilik və şəfqət prinsipi həkimlərin və digər tibb işçilərrinin vəzifəsinin özəyini təşkil edir. O,təbibləri öz fəaliyyətlərinin idrak, pedoqoji, kommersiya və s. motivlərini ikinci plana çəkərək, hər şeydən öncə konkret  pasiyentin rifahına şəfqət hissi ilə əsaslanmağa istiqamətləndirir.

3.Ədalətlilik insanlar üçün prinsipial bərabərlik imkanlarını aşağıdakı baxımlardan nəzərdə tutur: a) tibbi yardımın əlçatarlığı və tibbi xidmətlərin bölüşdürülməsi; b)sağlamlıq və həyat, iztirab və məsuliyyət üçün risk yükünün paylaşması ehtimalı.

4.Təbabət  ayrı-ayrı insanların və bütövlükdə, bəşəriyyətin yaşayışını təmin edən prinsip kimi həmrəyliyin təzahürünün ən qədim və mühüm formasıdır.Xəstəliklər və xəsarətlər ümumi perspektivlərimizə və maraqlarımıza toxunur. Bu səbəbdən də tibbi elm və təcrübənin tərəqqisinə imkan daxilində kömək etmək bizim ümumi maraqlarımıza daxildir. İnsanın klinik siqnallarda tibbi-bioloji eksperimentlərdə həmrəylik hissinə görə “obyekt” qismində könüllü iştirak etməsinə hörmətlə yanaşmaq  gərəkdir.

Yuxarıda gostərdiyimiz bu prnsiplər bir-biri ilə tamamlayıcı prinsip münasibətindədir və öz aralarında iyerarxiya aslılığına malik deyil.

Hər hansı varlığın üzləşdiyi iztirab hər bir normal insanda şəfqət hissi, iztirab çəkənə yardım etmək, onun əzabını yüngülləşdirmək arzusu doğurur. Şəfqət-xüsusi növ vəzifə olaraq yardım çağrışına cavab vermək və ya iki peşənin: baytarlıq və həkimli mənəviyini əsasıdır.

Bu mühüm məqam unutmamaqla yanaşı, digər bir məsələni də yaddan çıxarmaq olmaz-insanın və heyvanın iztirabı eyni deyil. Ona görə də həkimlərin və baytarların iztirab çəkən varlıqlara münasibəti fəqli  olmalıdır. Bu məqam bioetikanın fundamental tələbində-pasiyenta şəxsiyyət kimi yanaşılmasının zəruliliyində təsbit olunur. Bu nə deməkdir?

“Şəxsiyyət” sözünün çox mənaları vardır. Bioetikada bu məna, adətən, yaranmış şəraitlərə aydınlıq gətirilməsi və qərarlar hazırlanması üçün istifadə edilən prinsip və qaydalar sistemindədir. Bu prinsip və qaydalar pasiyentə şəxsiyyət kimi münasibətdə əxlaq minimum ifadə olunmuşdur.Buraya həkimin özünə verməli olduğu və əxlaqi cəhətdən məqbul etmək məqsədilə həmkarlar və opponentləri ilə razılığa gəlməklə müzakirə etməli olduğu məsələlər daxildir.