Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
İnsan hüquq və azadlıqları
6 Aprel , 2018

Narkotizim-özündə  və  müvafiq olaraq cəmiyyətin həyat fəaliyyəti sahəsində sosial, hüquqi, kriminoloji, iqtisadi, bioloji və ekoloji elementləri əhatə edən, narkomaniya xəstəliyinə tutulma və narkotiklərlə bağlı, sonradan narkotik almaq məqsədilə vəsait əldə etmək üçün və ya narkotik  sərxoşluq vəziyyətində  törədilmiş hüquqazidd  əməllər məcmusunda ifadə olunan neqtiv sosial haldır. Narkotizmin ən təhlükəli təzahürü-narkotiklərlə bağlı cinayətlərin məcmusu olan narkotik  cinayərkarlıqdır.  Cinayətkarlığın bu növünün ictimai təhlükəliliyi “əhalinin sağlamlığının təhlükəsizliyi” anlayışında birləşdirən, son dərəcə vacib və əhəmiyyətli ümumbəşəri sosial dəyərlərin mühafizəsini təmin edən ictimai münasibətlərin pozulmasında ifadə olunur. Narkotik cinayətkarlığın qlobal-beynəlxalq və transmilli-miqyası onunla mübarizənin müvafiq hüquqi tənzimlənməsini, həm də bu mübarizədə maraqlı olan dövlətlərin hüquq-mühafizəsi orqanlarının, müəssisə, təşkilat və dovlət idarələrinin, həmçinin beynəlxalq qeyri-hökümət  təşkilatlarının, ictimai hərəkatların birgə fəaliyyəti vasitəsilə həyata keçrilməsini zəruri edir.

Birləşmiş Millətlər Təşkilat (BMT) tərəfindən qəbul edilən Narkotik vasitələr haqqında 1961-ci il  Vahid Konvensiyası (Narkotik  vasitələr haqqında 1961-ci il Vahid Konvensiyasına düzəlişlər haqqında Protkola müvafiq olaraq edilmiş düzəlişlərlə  (bundan sonar-düzəlişlərlə 1961-ci il  Vahid Konvensiyası)),Psixotop maddələr haqqında 1971-ci il Konvensiyası (bundan sonar-1971-ci il Konvensiyası), Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında  1988-ci il Konvensiyası (bundan sonar-1988-ci il Konvensiyası) narkotizmlə mübarizəni tənzimləyən əsas beynəlxalq-hüquqi aktlardır.

Narkotizmə dair beynəlxalq hüquq normalarının milli qanunvericilikdə  təsbit olunması üçün dövlət iradəsi zəruridir ki, bu da  problemin vacibliyini dərindən dərk edən ali hakimiyyətin müdrikliyindən asılıdır. Bu müdrikliyin və  dövlət idarəsinin parlaq təcəssümü “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı  tədbirlər haqqında”  Azərbaycan  Respublikasının Prezident H.Ə. Əliyevin 26 avqust 1996-cı il tarixli 485-li  Fərmanı oldu. Həmin Fərmanın 13-cü bəndində deyilir: “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə tapşırılsın ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşısın almaq  məqsədi ilə hüquq-mühafizə orqanları ilə birlikdə həmsərhəd və digər dövlətlərlə sazişlər baglanmasını  və müvafiq  orqanların narkomanlığa qarşı mübarizə  üzrə beynəlxalq  proqramlarda  iştirakını  təmin  etsin”.

Bu göstərişin reallaşdırılması bir neçə mərhələdən ibarət olan mürəkkəb və çoxşaxəli fəaliyyətin həyata keçrilməsi ilə bağlıdır. Bunlardan birinci narkotizmlə mübarizəyə dair beynəlxalq-hüquq və milli- hüquqi normaların;  öz qanunvericiliyinə  beynəlxalq hüquq normalarını inteqrasiya etmiş müxtəlif dövlətlərin  təcrübəsinin;  beynəlxalq-hüquqi normaların milli qanunvericilkdə (o cümlədən Azərbaycan Respublikasının) onun sisteminin pozmadan təsbit edilməsi yollarının; yeni dövlət orqanlarının və ya onların bölmələrinin yaradılması  yaxud mövcud olanlarda funksional  vəzifələrin dəyşdirilməsi şəklində və s. təcəssüm edən mümkün sosial, hüquqi və təşkilati nəticələrin fundamental və tətbiqi tədqiqinin aparılmasıdır. İkinci mərhələ-elmi tədqiqatların nəticələri əsasında narkotizmlə mübarizəni  tənzimləyən beynəlxalq-hüquqi normalara uyğunlaşdırılmış qanun lahiyəsini (layihələrinin) işlənib hazırlanması və onun  qanun kimi qəbul edilməsindək “müşayiət edilməsidir”. Nəhayət, üçüncü mərhələ qəbul edilmiş qanunun (qanunların) müvafiq təşkilati dəyişikliklərin aparılması və yeni qanunvericiliyə müvafiq olaraq hüquq-mühafizə  orqanlarının   narkotizmə qarşı mübarizə üzrə  səmərəli  praktiki  fəaliyyətinin təmin edilməsi vasitəsi ilə reallaşdırılmasıdır.