Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Maraqlı faktlar
18 Aprel , 2018
Kimya-dünyanın müasir elmi mənzərəsinin  yaranmasında çox böyük rol oynayan təbiətşunaslığın ən mühüm sahələrindən biridir. Adətən onu  maddələr və onların çevrilmələrini öyrənən elm kimi qeyd edirlər.Bu təyinetmə tam dəqiq deyil.  Çünki fizika da özünün xüsusi məqsədlər üçün özünün spesifk metodları ilə maddələr və onların çevrilmələrini öyrənir. Kimyada bəsit və mürəkkəb maddələrin xassələri bu maddələrin iştirak etdiyi kimyəvi qarşılıqlı təsir zamanı özünü göstərir və ya üzə çıxır. Ona görə də özünün xarakterik xassələri ilə xarakterizə olunan yeni kimyəvi birləşmələrin əmələ gəlməsi ilə nəticələnən hadisələr kimyəvi çevrilmələr  adlanır.Bütün kimyəvi çevrilmələr reaksiyada iştirak edən elementlərin atomlarının xarici elektron təbəqələri və nüvələri dəyişməz qalır. Kimya elminin təsir sferasına təqribən 100 element (təbiətdə mövcud olan və nüvə sintezi ilə alınan)və onların birləşmələri daxldir.
XlV-XVl əsrlər bəşəriyyət tarixinə dirçəliş dövrü (İntibah dövrü) kimi daxil oldu.Bu dövürdə bir sıra elmlər-mexanika, riyaziyyat, fizika inkişaf etdi. Bu dövürdə kimya yalnız insane bilikləri sistemində özünün həqiqi yerini tapmasının başlanğıcında idi. XVll əsrdə özünün ideyaları və əməyi ilə elmlər sahəsində kimyanın statusunun müəyyənləşdirilməsində çox böyük rolu olan alimlər yetişdi. Faransız fiziki P.Qassendi “atomların” birləşməsini “molekul” anlayışı ilə ifadə etmişdir.Onun müasiri  J.Rey müəyyən etdi ki, metallar közərdən zaman onların kütlələri artır. İngilis R.Huk və C.Mayov zamanı xeyli qabaqlayaraq yanma və tənəffüs prosesləri haqqında düzgün təsəvvürləri  formalaşdırdı. Holland alimi Y.Van Helmont “qaz” terminini (yun.”xaos”) elmə gətirmiş və faktik olaraq ilk dəfə karbon qazının ayrılmasının müşahidə etmişdir.  Fransız alimi H.Lemeri ilk fundamental dərslik- “Kimya kursu” yazdı. Məhşur ingilis alimi R.Boyl elmi kimyanın yaradıcısıdır. Boylun “Kimyaçı-skeptik” kitabı (1661) əvvəlki kimyəvi düşüncələr tənqidi yanaşdı.Alimin əsas xidməti ondan ibarətdir ki,o, kimyəvi  elementlər hər hansı bir anlayış kimi deyil, real mövcud olan mineral maddə kimi baxdı. O hesab edirdi ki, kimyəvi elementlər həqiqətən də çox ola bilər və bununla da o, təbiətdə onun axtarışına başladı.
Analiz kimyanın əsas məsələlərindən birini-maddənin nədən ibarət olunmasının öyrənlməsini həll etdi. Beləliklə, kimyəvi birləşmələrin tərkibi haqqında təlim yarandı. Sonralar onların xassələri  və qurluşunun öyrənilməsi problemləri yarandı. Bu klassik “tanıma üçbucağı” (tərkib-qurluşu-xassə) bizim dövrümüzə qədər faktik olaraq kimyanın əsasən nəyi öyrəndiyini müəyyən edir.        
Məhşur rus alim-ensiklopedisti M.V.Lomonosov təbiətşünaslıq sahəsində və xüsusilə də kimya sahəsində kimyəvi hadisələr haqqında təsəvvürləri, maddənin korpuskulyar nəzəriyyəsini, təbiətin əsas qanununu-maddə kütləsinin saxlanılması və hərəkəti qanununu-maddə kütləsinin saxlanılması və hərəkəti qanununu yaratmışdır.
XVlll  əsrin ortalarında kimyəvi nöqteyinəzərdən qazları öyrənən pnevmatik kimya meydana gəldi.Onun ən mühüm nailiyyətlərindən biri oksigenin kəşfi oldu. Lavuazye  flagiston  nəzəriyyəsini inkar edərək yanmanın və tənəffüsün oksigen nəzəriyyəsini yaratdı. XVll əsrin son on ilində  A.Lavuazye “sadə cisimlərin cədvəli”ni tərtib etdi; bu, mahiyyətcə o dövrdə kimyəvi elementlər üçün ilk sistematik cədvəl oldu.
Yeni kimyanın ilk fərqləndirici əlaməti güclü “istehsalat düvvəsi”dir.
Faktik olaraq klassik və yeni kimyanın tarixi ən müxtəlif analitik metodların-kimyəvi, fiziki-kimyəvi, fizika analiz metodlarının müəyyən edilməsi və inkişafı tarixidir.Göstərilmiş metodlar (eləcə də spektral analiz metodu) molekulun ən incə quruluş  xüsusiyyətlərini və kimyəvi  reaksiyaların  getmə mexanizmini öyrənməyə imkan verir. Burdan da yeni kimyanın 3-cü  əlaməti-analitik  metodların geniş tətbiq olunması meydana gəlir.