Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Ekologiya
22 Aprel , 2018


Əsası C.Sterlinq Mortan tərəfindən qoyulan Yer günü XIX əsrin 40-cı illərindən etibarən bayram olaraq qeyd edilməyə başlanmışdır. 1872-ci ildə C. Morton Nebraska ştatında il ərzində bir günün ətraf ərazinin yaşıllaşmasına həsr edilməsi təklifi ilə çıxış edir və birinci ağac əkmə günü milyona yaxın ağac əkilir. 1882-ci il 22 aprel tarixindən başlayaraq “Ağac günü” Nebraska hökuməti tərəfindən ştatın rəsmi bayramı kimi qeyd olunur. 1970-ci ildən başlayaraq ətraf mühitin əhəmiyyətinin təbliği, onun ilkin formada qorunub saxlanılması, planetin təbii ehtiyatlarının tükənməsi və s. sahələri də əhatə etməsi ilə əlaqədar olaraq bu bayram “Yer günü” adlandırılmışdır.

Artıq 30 ildir ki, dünyanın bir çox ölkəsində Yer günü qeyd olunur. Əgər 1970-ci ildə ilk dəfə Yer gününün qeyd olunmasında 20 milyon insan iştirak etmişdisə, indi bu rəqəm on dəfə çoxdur. Bu gün yalnız maarifləndirmə tədbirləri (sərgilər, mühazirələr, söhbətlər) təşkil olunmur, həmçinin mühafizə olunan təbiət ərazilərinə maddi kömək üçün vəsaitlər yığılır.