Bir şairdən söz açmaq istəriyəm.O şair ki, qismətinə istiqlal şairləri sırasına yazılmaq düşüb. Ömürboyu vətən deyib vətəndən rəhmsizcəsinə uzaq düşən Almas İldırım...
Atası Əbdülməhəmməd, anası Nigar xanım Bakının Qala kəndindədir.1907-ci ildə anadan olan Almas İldırımın uşaqlığı Xəzərin sahillərində keçmişdi.Ona görə də şeirlərində həmişə Xəzərə sevgi əks olunub. Bu sevgi sürgündən-sürgünə düşdükcə yanıqlı bir haraya çevrilib.
Almas ikl təhsilini Bakıda “ittihad” məktəbində almlşdl. Hələ uşaqkən azadlığın ilk nidasını eşitmiş, havasını udumuş və əsarətin də ağrı-acısını dadmışdı. O, Azərbaycan xalqının böyük oğlu Məmməd Əmin Rəsulzadənin qürurula söylədiyi “Bir dəfə yüksələn bayraq bir daha enməz” şüarını doğma çağrış kimi qəbul edərək, bu ideala sığınmışdı. İllər keçdi, amma ömürboyu bu idealı həyat idealı kimi yaşadı.
Almas İldırım 1925-ci ildə 18 yaşında Abdulla Şaiqin nümunə məktəbində təhsilini davam etdirib.Həmin məktəbdə dərs deyən müəllimlər-A Şaiqin Hüseyn Cavidlə çox yaxın ünsiyyət qurub .Bu ədiblərlə ünsiyyətdə olmaq Almas İldırımın gələcək həyatının formalaşmasında mühüm rol oynayıb.İlk təhsil illərindən şeir yazmağa başlayıb və ciddi mövzular üzərində işləyib. “İttihad” məkətbində oxuyarkən Əhməd Cavad,Cəfər Cabbarlı və başqa mütəfəkkirlərlə tanış, olub onların əsərini dönə-dönə oxuyub.
Gənc şair bi illərdə ali təhsil almağa da yaddan çıxarmır və 1927- ci ildə Bakı Dövlə t Unverisitetinin şərqşunaslıq fakültəsinə qəbul olunur. Çox çəkmir ki, bu ali təhsil ocağından xaric edilir. Səbəb kimi atasının guya tacir olması göstərilir.
İstedadlı “günahkar” Almas İldırımın adını 1988-ci ilə qədər Azərbaycanda böyük əksəriyyət eşitməmişdi, şeirlərini çox az adam bilirdi. Çünki sovet ideoloqları milli özündərkin qarşısını almaq üçün bütün imkanlardan istifadə edirlər.Pantürkçü damğası vurulmuş neçə-neçə vətən övladlarının ruhu ədalətin zəfər çalacağı, adlarının ədəbiyyat tariximizin səhifələrində oxunacağı günü səbirsizliklə gözləyirdilər.Almas İldırım da təpədən dırnağa türk idi, varlığı azadlıq eşqi ilə yoğrulmuşdu. Ömrün sonun qədər əqidəsindən dönmədi.
Qələmi azadıq alovu saçdı .Ona görə də təqib olundu.
Almas İldırım dərhal həbs olunaraq 25 gün zindanda qalır. Nəhayət, azad edilib Məçhəd şəhərinə göndərilir. Burda ürəyincə iş tapa bilmədiyindən çox yoxsul, acınacaqlı həyat sürür. Sonralar bu ağrılardan xeyli əziyyət çəkdiyindən İranda qala bilməyib Türkiyəyə üz tutur. 1934-cü ildə Türkiyə vətəndaşlığına qəbul edilir. Almaz İldırım Türkiyədə katibliklə, kargüzarlıqla məşğul olur, ibtidai məktəbdə dərs deyir. Ömrünün təqribən 12 ilini isə o, yaradıcılığını davam etdirməklə yanaşı, müxtəlif bölgələrdə bucaq müdirliyində (qəsəbə bələdiyyəsində) işləyir. Ordakı ədiblər bu cəfakeş şairə köməklik göstərməyə çalışırlar...
Almas İldırımın poeziyası yalnız doğma yurda, Azərbaycana aiddir. 45 il ömür yaşayan şair ölümündən sonra ədəbiyyat ömrünü yaşayır. Almas İldırım bütün dərdlərin ən dəhşətlisi olan vətən həsrəti şair kimi tarixə düşüb.
Qeyd olundu ki, Almas İldırımın tale ulduzu bu gün şairin arzuladığı, xəyalını qurduğu müstəqil Azərbaycanda yenidən parlamaqdadır. Mühacirət poeziyasının görkəmli simalarından biri, adı və əsərləri qəm, həsrət və ayrılıq simvolu kimi anılan Almas İldırım özünəməxsus poetik tərzi ilə hər zaman diqqət çəkib: “Azadlıq və vətən eşqi ilə dolu həsrət nəğmələri yaradan şairin acı və qürurlu tale yolu qardaş Türkiyədə hüzur tapmışdır. 6 il sürgün həyatı yaşayan Almas İldlrlm Dağıstandan, Türkmənistandan,İrandan keçərək Türkiyədə məskunlaşmış və ömrünün sonuna qədər burada yaşayıb-yaratmışdır.”
Mədəniyyət.az hazırladı: Abdullayeva Zülfiyyə.