Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Uşaq dünyası
27 Aprel , 2018

Azərbaycanlıların ana dili Azərbaycan dilidir. Azərbaycan dilinin çox əsirlik tarixi var. Ozan-aşıqlar ədəbiyyatımızın möhtəşəm abidələri “Kitabi-Dədə Qorqud”, “Koroğlu” eposlarını bu dildə qoşmuş, Həsənoğlu, Nəsimi, Şah İsmayıl Xətai, Füzuli, Vidadi, Vaqif, M.F.Axundov, N.Vəzirov, Sabir, C . Məmmədquluzadə, H.Cavid,  C. Cabbarlı, S.Vurğun, Şəhriyar kimi qudrətli sənətkarlar dünya ədəbiyyatı xəzinəsinə töhfə olan söz incilərini bu dildə yaratmışlar.

Azərbaycan dili hələ Şah İsmayıl Xətai dövründə dövlət dili, diplomatik yazışma və hərbi təlim dili kimi işlənmişdi. O, ta qədimdən Şərq ölkələrində geniş yayılmış və  ümumünsiyyət vasitəsi rolu oynamışdır. Təsadüfi deyildir ki, rus şairi M.Y. Lermontov Avropada fransız dili kimi Asiyada da Azərbaycan dilini bilməyin zəruri olduğunu qeyd etmişdir.

Azərbaycan dili türk, türkmən və  qaqauz dilləri ilə birlikdə türk dillərinin  qərb, yaxud oğuz qrupuna daxildir. O, özbək, qazax, tatar, başqırd, uyğur qırğız və s.dillərlə də qohumdur. Azərbaycan dilinin fonetik tərkibi 9 sait, 23 samit səsdən ibarətdir. Azərbaycan dilində sözdüzəltmə və qarammatik formalar şəkilçi vasitəsilə yaradılır;  Azərbyacan dilində isim, sifət,  əvəzlik, fel və zərf kimi əsas nitq hissləri, bağlayıcı, qoşma, nida və sair köməkçi nitq hissələri var. Lüğət tərkibində əksəriyyət təşkil edən xalis ümumtürk mənşəli Azərbaycan sözləri ilə yanaşı ərəb, fars, habelə rus və  Qəribi Avropa dillərindən keçirmə sözlər də vardır.