Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Görkəmli şəxsiyyətlər
3 May , 2018

Qədim və zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan hər zaman öz tarixi şəxsiyyətləri ilə seçilmişdir. Bunların sırasında görkəmli, yenilməz, zəkalı, istedadlı sərkərdələr, dövlət və ictimai-siyasi, elm, mədəniyyət xadimləri az deyildir. Lakin bu tarixi şəxsiyyətlər sırasında ulu öndər Heydər Əliyev xüsusilə misilsiz bir mövqe tutur. Həmin mövqe isə tarixin onun öhdəsinə qoyduğu missiyanın, nəhəng vəzifələrin qeyri-adi mürəkkəbliyi ilə bağlı idi.

Azərbaycan tarixinin önəmli bir dövrü - XX əsrin son otuz ili və XXI əsrin başlanğıcı məhz görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Həyatının mənasını xalqına və dövlətinə təmannasız xidmətdə görən ulu öndər istər Sovet hakimiyyəti illərində, istərsə də müstəqil Azərbaycan Respublikası dövründə Azərbaycanın şöhrətini, nüfuzunu yüksəklərə qaldırmış, milli mənafeyini, mentalitetini, mənəviyyatını qorumuş və inkişaf etdirmişdir. Onun nəhəng və genişölçülü rəhbərlik qabiliyyəti, qeyri adi siyasi peşəkarlığı sayəsində Azərbaycan hələ Sovetlər dönəmində özünün əsl intibah mərhələsini yaşadı.

1993-cü ildə xalqın təkidli tələbi ilə ulu öndər yenidən hakimiyyətə qayıtdı. Bununla da bütün sahələrdə – ordu qurucu-luğu, mədəniyyət, idman, elm, təhsil, Azərbaycan dili, həmçinin, neft strategiyası, əhalinin sosial-rifahının yaxşılaşdırılması və s. – aparılan uğurlu islahatlar sayəsində Azərbaycan tənəzzüldən inkişaf yoluna qədəm qoydu.

Bütün bu nailiyyətlər içərisində milli mədəniyyətin ayrılmaz tərkib hissəsi olan kitabxana işinin inkişafı sahəsində də xeyli işlər görülmüşdür. Kitab və kitabxana işinə yüksək qiymət verən, onu Azərbaycan mədəniyyətinin aparıcı sahəsi kimi dəyərləndi-rən ulu öndər kitabxana işinin inkişafına xüsusi diqqət yetirirdi.

Kitabxanaların inkişafında Heydər Əliyev mərhələsi XX əsrin 70-ci illərinin əvvəllərindən başlamış və müstəqillik illərində də davam etmişdir. Həmin illərdə bir sıra şəhərlərdə və rayon mər-kəzlərində yeni kitabxana binalarının tikilməsi, respublika kitab-xana şəbəkəsinin sürətli inkişafı, kitabxanaçı kadrların hazırlan-ması sahəsində səmərəli tədbirlərin həyata keçirilməsi, kitabxana-ların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində möhtəşəm işlərin görülməsi buna əyani sübutdur.

Heydər Əliyevin yenidən respublika rəhbərliyinə qayıdışı bir sıra sahələrdə olduğu kimi kitabxana işinin də inkişafına təkan verdi. Belə ki, ilk olaraq 1995-ci ilin sentyabr ayında ulu öndər “Azərbaycan Respublikasında 1995-1998-ci illər Dövlət Mülkiy-yətinin Özəlləşdirilməsinin Dövlət Proqramının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bağlı fərman imzaladı. Fərmanda qeyd edilən “Özəlləşdirilməsi qadağan edilən müəssisə və obyektlərin siyahısı”na “...kitabxana-larda saxlanılan sərvətlər, onların yerləşdiyi binalar və sahələri”-nin də daxil edilməsi kitabxanaların qorunub saxlanmasına şərait yaratdı. Kitabxanalar müstəqil dövlətimizin əsas atributlarından biri kimi dövlət müəssisəsi statusuna malik oldu. Bununla da ümummilli liderin xüsusi göstərişi ilə mədəniyyət ocaqlarının, o cümlədən kitabxanaların özəlləşdirilməsi, onların binalarının başqa məqsədlər üçün istifadə olunmasının qarşısı alındı. Bunun ardınca ulu öndər Heydər Əliyevin xüsusi tapşırığı əsasında Azər-baycan Respublikası Nazirlər Kabineti 1996-cı ildə “Azərbaycan Respublikasında kitabxana işinin vəziyyəti və onu yaxşılaşdır-maq tədbirləri haqqında” qərar qəbul etdi. Bu qərara müvafiq olaraq “Mədəniyyət haqqında” “Kitabxana işi haqqında” Qanunların hazırlanması nəzərdə tutulmuşdur. 1998-ci ildə qəbul olunan “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan kitabxana işi tarixində dönüş mərhələsi olmuşdu.

Sayt üçün hazırladı:Z.Abdullayev