Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Uşaq dünyası
3 May , 2018


Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük  şairimiz Məmməd Araz hələ 1982-ci ildə maraqlı bir şeir yazmışdı: «Günəş günü». Bu şeir təbiəti, işığı, yerin və göyün gözəlliklərini, eləcə də insanın ruhundakı nuru, xeyirxah əməlləri qorumaq üçün bir çağırış idi:



Əkinçi, səpinçi gününə yaxın,

Dəmirçi, kömürçü gününə yaxın,

Bu günü qoparaq il budağından,

Elə adisinin, elə bozunun.

Süpürüb qarını, silib tozunu

Yuyub gözümüzdə, sözümüzdə biz

Sərib qurudub da sinəmizdə biz,

O günə ad verək, ad - Günəş günü,

Əkək ağlımıza, yaddaşımıza.

Bir gün salam verək, - İşığın aydın!

Töhfəmiz olmasın işıqdan ayrı...

Bu şeir yazılandan xeyli sonra - 1994-cü ildə beynəlxalq təqvimlərdə əlamətdar günlər sırasına biri də əlavə olundu: Günəş günü. Beynəlxalq Günəş Enerjisi Cəmiyyətinin Avropa bölməsinin təşəbbüsü ilə insanların diqqətini bərpa olunan enerji mənbələrinə cəlb etmək üçün hər il mayın 3-də dünyada Günəş günü qeyd olunur. Həmin gündə entuziastlar və peşəkarlar, ictimai təşkilatlar və şirkətlər günəş enerjisinin imkanlarını nümayiş etdirmək üçün müxtəlif tədbirlər təşkil edirlər. Biz də oxucularımızı bu tədbirə qoşulmağa dəvət edir və şairin dili ilə deyirik: İşığınız aydın!..

 

Video Qalereya