Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Ekologiya
30 İyun , 2018



Haleakala Milli Parkı — ABŞ-ın Havay ştatının Maui adasında yerləşən milli park. Milli parkın sahəsi 134,62 km2-dir və bunun 77.92 km2-lik hissəsi "Vəhşi Həyat Bölgəsi" adı ilə qorunmaqdadır. Milli park ərazisinin 100 km2-i çöllükdür. Adını parkda Maui adasının şərqində yerləşən Haleakala dağından alır. "Haleakala" sözü havay dilində "Günəşin evi" deməkdir və yerli Maui əfsanəsinə görə yarıtanrı olan Maui günü daha uzun etmək üçün günəşi bu dağda həbs edib. Haleakala dağı qeyri-aktiv vulkandır və ən son püskürməsi 1480-1600 illərində olmuşdur. Bu milli park iki hissədən ibarətdir: Haleakala dağı bölgəsi və Kıpahulku sahili bölgəsi.

Maui adasında milli parkın yeri

Haleakala dağının ən məşhur hissəsi Haleakala krateridir. Bu krater kifayət qədər böyükdür: boyu 11.25 km, eni 3.2 km və dərinliyi 790 m qədərdir. Kraterin içində vulkanik qalıqlar və vulkanik kül vardır. Dağ zirvəsindən kratera iki cığır vardır. (Hakemau cığırı və Sürüşən Qumlar cığırı). Kraterin yaxınlığında turistlərin gecələməsi üçün üç məntəqə yerləşir.

Ziyarətçilərin çoxu tezdən qalxaraq Haleakala zirvəsindən günəşin doğmasını seyr edirlər.

Parkın bu qisminin diqqət çəkən hissəsi bitkilərinə görə diqqət çəkir. Bu hissədə dünyanın müxtəlif yerlərindən gətirilmiş nadir bitki növləri bitir. Bunlar arasında Himalay dağlarının yamaclarından gətirilmiş Deodar sidri (Cedrus deodara), Yaponiyadan gətirilmiş Sugi Cryptomeria Japonica, Avstraliyadan gətirilmiş evkalipt və Şimali Amerikadan gətirilmiş şam, ladin, sərv, küknar da vardır. Havay adalarının özünəməxsus bitkiləri isə burada bitmir, çünki əcnəbi bitkilər onlara günəş işığının düşməsini əngəlləyir.

Milli parkın bu qismində yol keçir. Bu yolun kənarındakı vulkanik xüsusiyyətlər turistlərin diqqətini cəlb edir.

Bu parkda yerləşən Haleakala kraterinə xas bir qaz növü olan və "nene" olaraq da adlandırılan Havay qazı (Branta sandvichensis) XX əsrin əvvəllərində nəsli kəsilməyə başlamışdı. Amma qorunma işləri nəticəsində bu növ təbiətdə varlığını qoruya bilmişdir. 1946-cı Amerika Kişi İzcilərinin dəstəyi də bu heyvanların nəslinin qorunması üçün böyük addım olmuşdur.

Kipahulku sahili bölgəsi

Bu milli parkın ikinci hissəsidir. Bu hissəyə ancaq Hana yolu ilə çatmaq mümkündür.

 

Milli parın bu hissəsi Aşağı Kipahulku vadisindən ibarətdir. Dağ zirvəsi qismindən Yuxarı Kipahulu vadisi ilə ayrılmışdır. Yuxarı Kipahulku Vadisi çox həssas bitki və heyvan növlərinin yaşadığı ekvatorial meşələrlə örtülü olduğundan ziyarətçilərə bağlıdır.

Kipahulku sahilindəki Palikea dərəsində Oheo adı verilən göl yerləşir. Bu göldə nadir şirin su balıqları yaşamaqdadır. Ziyarətçilər bu göldə üzə bilərlər. Gölün irəli tərəfində Vaymaku şəlaləsi və gölü vardır.

 

 


Foto Qalereya