Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Tədbirlər
9 İyul , 2018





Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzi Kitabxanasında uşaq ədəbiyyatının təbliği və məktəbəqədər oxucuların mütaliəyə həvəsini artırmaq, kitabxanaya cəlb etmək üçün Nağıl otağında “Nağıl saatı” keçirilib.

İlk öncə kitabxananın uşaq şöbəsinin müdiri S.Namazova uşaqlara “Göyçək Fatma”, “Ələddinin sehirli çırağı”, “Qızıl Xoruz” nağıllarını ucadan oxuyub. Nağıllar kiçik yaşlı oxucuların marağına səbəb olub. Oxunan nağıllarla bağlı sual-cavab aparılıb. Sonda uşaqlara nağıllar səsli olaraq nümayiş olunub. Nağıl saatının keçirilməsində məqsəd uşaqları körpə yaşlarından kitabxanaya cəlb etmək, onların kitaba olan maraqlarını artırmaqdan ibarətdir.


Foto Qalereya