Göy qurşağı bəzi zamanlarda göyü bəzəyən rəngarəng bir naxış halına gəlir.
Göy qurşağı yalnız bir mənzərədir. Yağış damlalarının və günəş şüalarının birlikdə meydana gətirdiyi bir işıq dəstəsidir. Bu işıq dəstəsi ortaya çıxanda seyr etməklə doymaq olmur.
Günəş şüalarının rəngləri
Günəş şüası müxtəlif rənglərin qarışığı ilə meydana gəlir. Su, güzgü, büllur kimicisimlər günəş şüalarını rənglərinə ayırır.
Yağış damlaları da eyni işi görür. Göy qurşağının meydana gəlməsi üçün yağış yağdığı əsnada Günəşin çıxması lazımdır. Günəş olmadan yağış, yağış olmadan Günəş göy qurşağını meydana gətirməz.
Göy qurşağı nə üçün dairəvidir?
Göy qurşağı yarımdairə şəklində olub sanki bir yerdə başlayıb bir yerdə bitir. Yer kürəsi elips formasında kürə şəklindədir. Atmosfer də kürə şəklində Yeri əhatə edir. Atmosfer kürə şəklində olduğu üçün göy qurşağı da eynilə bir yay şəklindədir. Allahın yaratdığı bir çox şeylər həndəsidir. Hər şeyin özünəxas bir şəkli vardır. Cisimlərin həndəsi şəkilləri Allahı xatırladır.
Göy qurşağındakı sirlər
Göy qurşağının meydana gəlməsi üçün həm Günəşə, həm də yağışa ehtiyac var. Əcəba, yağışla Günəş göy qurşağını əmələ gətirirlər?
Göy qurşağının rəngləri hər zaman eyni olur: Qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy və bənövşəyi. Bu sıra heç bir zaman dəyişmir və qarışmır. Elə isə rənglərin sırasına yağış damlaları qərar verir?
Göy qurşağının əmələ gəlm əsi üçün milyonlarla yağış damlasının birləşməsi lazımdır. Belə olduğu halda gğy qurşağı hər zaman eyni şəklə sahib olur. Ziq-zaq olmur, əyri olmur, yay kimi düz olur. Göy qurşağı hansı şəklə sahib olacağını niyə çaşmır?
Günəş şüaları rəngbərəng olmağı, su damlaları bu şüaları əks etdirməyi özləri seçmişdir? İnsanlara gözəl mənzərə göstərməyə onlar özü qərar vermişdir? Təbii ki, xeyir! Bəs onları var edən sonsuz qüdrət sahibi kimdir?
Nə yağış damlaları, nə Günəş, nə də təbiət gözəl göy qurşağını var edə biləcək elmə sahibdir. Yağışı, Günəşi, təbiəti və bütün kainatı yaradan Allahdır.