Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Uşaq dünyası
26 İyul , 2018

Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hüquqlar və azadlıqlar hər bir kəsin cəmiyyət və başqa şəxlər qarşısında məsuliyyətini və vəzifələrini də  əhatə edir . Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli,başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli ,qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir . Hər kəsin üzərinə düşən vəzifələr isə əsasən mənsub oldugu dövlətin əsas qanunu ,Konstitusiyası ilə qoyulur.Ölkəmizdə də hər bir vətəndaşın üzərinə vəzifələr yalnız Azərbaycan Respublikasının Konstitusiyası və ya müvafiq qanunla qoyula bilər. Ölkə Konstitusiyasından başqa Uşqlar ücün vəzifələr müəyyən edən qanun qismində “Uşaq Hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu” çıxış edir.

Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etmıli,başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli , qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Ölkə Konstitusiyasına və ya qanunlarına zidd vəzifələrin icrasına heç kəs məcbur edilə bılməz.

Uşaqlar onların valideyinlərinin və ya onları əvəz edən şəxslərin sosial və əmlak vəziyyətindən,saglamlıgından,irqi və millı  mənsubiyyətindən, dinindən ,siyasi baxışlarından, yaşayış yerindən aslı olmayaraq ayrı-seçkiliyə məruz qala bilməziər. Uşaqlar valideyinlərinin və ya onları əvəz edən digər şəxslərin hərəkətlərinə görə məsuliyyət daşımır və valideynləri ilə baglı səbəblərə görə onların hüquqlarının məhdudlaşdırılmasına yol verilmir və üzərlərinə heç bir vəzifə düşmür.

Bütün bunlara baxmayaraq, nikahda və ya nikahdan kənar dogulmasından aslı olmayaraq uşaqların  valideyinləri barəsində eyni hüquqları vardır.

“Uşaq Hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu”nun  16 –cı  maddəsinə əsasən Uşagın əsas vəzifələri aşagıdakı kimi müəyyən olunur:Cəmiyyətdə davranış qaydalarına əməl etmək , Azərbaycan Respublikasının dövlət rəmzlərinə bələd olmaq, birlikdə yiyələnmək, özünü faydalı fəaliyyətə hazırlamaq, valideyinlərə, digər vətəndaşların hüquq və mənafelərinə, öz xalqının və başqa xalqların ənənələrinə və  mədəni sərvətlərinə hörmətlə yanaşmaq, tarix və mədəniyyət abidələrini, ətraf mühiti qorumaq və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək uşagın borcudur.Bu vəzifələrin uşaq tərəfindən dərk edilməsinə və icrasına valideyinlərin, müvafiq orqanların və təhsil müəssisələrinin uşaqlar arasında izahat və təbligiat aramaları yolu ilə nail olunur.

Bütün uşaqlar yalan danışmaqdan və yalan məlumat verməkdən çəkinməyi də bir vəzifə olaraq özləri üçün müəyyən etməlidir.Çünki bunların məsuliyyət yaradan tərəfləri də vardır.Her hansı bir hadisə haqqında yalan məlumat vermə ciddi qanun pozuntusu sayılır. Məsələn: AR- sı Daxili İşlər Nazirliyinin “102 Xidməti”nə və ya Fövqaladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin “112 zəng mərkəzi”nə verilən  məlumatların yalan oldugu təsdikləndikdə yaşından aslı olmayaraq həmin məlumatı verən şəxsin əməli üzrə cinayət işi başlanır və cəzalandırırlar.

Hər bir uşaq həm də şagird kimi dərsə davamiyyətili,dərsdə diqqətli olmalı, intizamlı olaraq dərslərini yaxşı oxumalı, müəllimlərin və böyüklərin sözlərinə vəzifələri olaraq qulaq asmalıdır.

Təhsil müəssisəsinin rəhbərliyi uşaqların məktəb qaydalarını pozduqları və ya öz vəzifələrinə etinasızlıq göstərdikləri, zərərli vərdişlərə qurşandıqları hər bir halda dərhal valideyinlərinə və ya onları əvəz edən şəxslərə bu haqda məlumat verməlidirlər.

“Uşaq Hüquqları haqqında Azerbaycan Respublikası Qanunu”nun 19-cu maddəsi valideyinlərin də hüquq və vəzifələrini müəyyən edir.

Valideynlərin uşağın  tərbiyəsində bərabər hüquq və vəzifələri vardır . Onlar uşağı sağlam böyütməli ,ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar.Uşağın qabiliyyətinin inkişaf etdirilməsi,onun maddi və mənəvi təlabatlarının təmin edilməsi , hüquq və mənafelərinin mühafizəsi valideyinlərn əsas vəzifələridir.

Valideyinlərin uşaqlar barəsində hüquq  və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər.

Uşaqlarin vurduğu maddi ziyana görə onun valideyinləri ,övladlığa götürənlər, qəyyumlar və ya himayəçilər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Unutmayaq ki, hər bir şəxs dövlətlə yanaşı, öz doğmaları, qonşuları,ümumən insanlar qarşısında müəyyən vəzifə daşıyırlar. Hüquqlar və vəzifələr bir-birini müşayiət etməklə yanaşı, sıx əlaqədərdirlər.Bütün hüquq münasibətlərinin subyektləri  öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.