Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Xəbərlər
28 İyul , 2018



Vasif Zülfüqar oğlu Adıgözəlov 1935-ci il iyul ayının 28-də Bakıda məşhur muğam ustası Zülfü Adıgözəlovun ailəsində anadan olub. İlk musiqi təhsilini konservatoriyanın nəzdindəki 10 illik Musiqi məktəbində pianoçu kimi alıb. 1953-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olur. Bəstəkarlıq üzrə Qara Qarayevin , fortepiano üzrə Simuzər Quliyevanın sinfində təhsilini davam etdirir. 1959-cu ildə həmin təhsil ocağını iki ixtisas üzrə bitirir.

Muğam xanəndəsi Zülfü Adıgözəlovun oğludur.

Müğənni Rauf Adıgözəlovun qardaşıdır.

Dirijor Yalçın Adıgözəlovun atasıdır.

Əmək fəaliyyətinə 1958-ci ildən Radio və Televiziya Komitəsində musiqi redaktoru kimi başlamışdır. Sonralar Azərbaycan Bəstəkarlar İttifaqının mə’sul katibi, M. Maqomayev adına Dövlət Filarmoniyasının baş musiqi redaktoru, A. Zeynallı adına Bakı Musiqi məktəbinin direktoru və s. vəzifələrdə çalışmışdır. 1972-ci ildən Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında əsas işçi kimi müəllimlik edirdi. 1990-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının I katibi seçilmişdir.

1973-cü ildə "Əməkdar incəsənət xadimi", 1988-ci ildə Respublikanın Xalq Artisti fəxri adlarına layiq görülmüşdür.

1989-cu ildən Professor, 1990-cı ildə Dövlət Mükafatı laureatı adlarını almışdır

1995-ci ildə "Şöhrət ordeni" ilə təltif olunmuşdur. Bakı Musiqi Akademiyasında "xor dirijorluğu" kafedrasına rəhbərlik etmişdir.