Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Xəbərlər
2 Avqust , 2018


1898-ci il avqust ayının 2-də yeni proqram hazırlanmış və bu proqrama “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmrinin” Beликий Княз Алексей” paraxodunda yolasalma mərasimi”, “ Qafqaz, rəqsi” xronikal-sənədli və “İlişdin” bədii kinosüjetləri daxil edilmişdir. Bu kinosüjetləri fransız yəhudisi, 25 ildən artıq Bakıda yaşayıb işləmiş, Bakı elmi foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mixayloviç Mişon lentə almışdır. Bununla da Azərbaycanın kino tarixində ilk süjetlər yaranmışdır. Həmin kinosüjetlərdən 2-si – “Bibiheybətdə neft fontanı yanğını” və “Balaxanıda neft fontanı” 2001-ci ildə Azərbaycan Dövlət Film  Fondunun təşəbbüsü ilə Fransanın kino arxivindən Azərbaycana göndərilmiş və hazırda filmfondda 35 mm –lik plyonkada və videokasetdə qorunub saxlanılır.

   Azərbaycan Respublikasının  mədəni inkişafı sahəsində kino işçilərinin xidmətlərini və ölkəmizdə çəkilmiş kinosüjetlərin  1898 –ci il avqustun 2-də ilk kinoseansının həyata keçirildiyini nəzərə alaraq, ulu  öndər Heydər Əliyev 18 dekabr 2000 –ci il tarixli Sərəncamı ilə avqustun 2-si  tarixini kino işçilərinin peşə bayramı- Azərbaycan Kinosu Günü elan etmişdir.