Həyətin ağac –uğuacı vardı ,kol-kosu vardı ,ot-əncəri vardı .Ağac –uğaca quşlar
Düşürdü,kol –kosa kəpənəklər qonurdu ,ot-əncər də üc xoruzla bir toyuğun idi.
Xoruzların ücü də bir rəngdəydi –al qırmızı .Toyuğun isə təkbaşına üç rəngi vardı;
Ağ-appaq – tüklərinin rəngiydi, qap –qara – gözlərinin rəngiydi,bom-boz da-lap aşağı əzalarının, rəngiydi.Hələ başqa –başqa fərqləri də vardı toyuqla xoruzların.
Xoruzlar dən yeməyi bilirdi,su icməyi bilirdi ,eşənək atmağı bilirdi ...Bir də kefləri duranda qanadlarını şappıldadıb ,banlamağı. Bu banlamağın da özlərindən
Başqa hec kimə faydası olmazdı;hirsləri,acıqları çıxırdı canlarından.Yoxsa bir –birini didib –dağıdıb ,qızıl qana bulayardılar.
Gəl ki ,yumurtlayan da toyuq olardı ,kürt düşən də toyuq olardı ,bala çıxaran da .
Bütün ili doğub –yağmaqla ömrünü üzən toyuq ,yaz yetişən kimi ,bir topa yumurtanı altına basıb ,nə az ,nə azacıq ,düz 21 gün köksü üstə düşüb qalardı ;
Ağzı dinib –danışmaqdan ,qarnı yemək –icməkdən olar ,səsi kallaşar,deyingən
Arvadlar kimi hirsə -hikkəyə dolardı .Beş gündən bir ,bir həftədən bir cığıra –cığıra
Atılıb yerindən qalxar ,cumub bir qurtum su içər ,bir dimdik dən götürər ,yenidən
qayıdıb yıxılarda yumurtaların üstünə.
Elə bilirsiz ana olmaq asandı ! Dünyaya bir övlad gətirincə kirpikləriylə od götürür analar .Vay odur ki ,min bir əzabla dünyaya gələn övlad özü öz qədrini bilməyə !
Günlər ötər ,bir görərdin toyuğun kal səsinə nazik ,cicngiltili səslər qarışıb .Baxardın ki ,ağ –appaq tüklərin yan – yörəsində sap –sarı ,qap –qara ,bom –boz
Balaca- bapbalaca başlar oynaşır.Toyuq da həmin gündən hörmətə minərdi; adının baş həfi böyüyər,qabağına da soyadı düşərdi; - “Anac Toyuq”.