Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Xəbərlər
23 Sentyabr , 2018

Firəngiz Əhmədova 23 sentyabr 1928-ci ildə Bakıda anadan olmuşdur. 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir.

Azərbaycanrus və QərbiAvropa bəstəkarlarının operalarında müvəffəqiyyətlə çıxış etmişdir. Əsas partiyaları: Nərgiz, Gülzar ("Nərgiz", "Şah İsmayıl", M. Maqomayev), Nigar ("Koroğlu", Ü. Hacıbəyli), Sevil ("Sevil", F. Əmirov), Səriyyə ("Azad", C. Cahangirov), Sona ("Bahadır və Sona", S. Ələsgərov), Maro ("Daisi", Z. Paliaşvili), Aida ("Aida", C. Verdi), Toska ("Toska", C. Puc­cini), "Sənsiz" (Ü. Hacıbəyli), "Ölkəm", "Sual" (A. Zeynallı), "Arzu" (Niyazi), "Heyran olmuşam" (Ə. Abbasov), "Oxuma gözəl" (A. Rzayeva) və s. Azərbaycan romanslarını, eləcədə klassik rus bəstəkarlarının (P. Çaykovski, S. Raxmaninov, S. Taneyevvə b. romanslarını sənətkarlıqla ifa etmişdir.

Firəngiz Əhmədova 1989-cu ildən Azərbaycan Opera və Balet Teatrında məşqçi-pedaqoq kimi fəaliyyət göstərmişdir. SSRİ Ali Sovetinin  (4-cü çağırış) və Azərbaycan SSR Ali Sovetinin (5-ci çağırış) deputatı olmuşdur. Azərbaycanın "Şöhrət" ordeni ilə təltif edilmişdir.