Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Xəbərlər
23 Sentyabr , 2018

2002-ci ildə Rusiya Azərbaycanla Xəzərin dibinin orta xətt üzrə milli sektorlara bölünməsi haqqında danışıqlara başlamış və müvafiq şazişlərin hazırlanması tapşırığını vermişdir. Bu da faktiki olaraq “Xəzərin hüquqi statusu” məsələsini bölgə ölkələrinin və beynəlxalq aləmin geosiyasi gündəmindən çıxarmışdır.

23 sentyabr 2002-ci ildə. Prezident Heydər Əliyevin Moskvaya səfəri çərçivəsində Rusiya Prezidenti V.V. Putinlə görüşdü. İki ölkə başçıları arasında imzalanan dövlətlərarası sazişin əsasına da məhz bu prinsip qoyulmuşdur. Beləliklə, üçüncü mərhələdə Rusiyanın mövqeyində müşahidə olunan konstruktivlik faktiki olaraq “Xəzərin statusu” kimi ortaya atılmış, özündə ciddi geosiyasi təhlükə yükü daşıyan ziyanlı və süni problemi üç ölkəRusiya, Qazaxıstan və Azərbaycan üçün həll etdi.