Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Elanlar
27 Sentyabr , 2018

2018-ci ilin ən böyük tarixi hadisələrindən biri Azərbaycan Xalq Cümhuriyyətinin dövlət səviyyəsində qeyd edilməsidir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 may tarixli “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” və 2018-ci il 10 yanvar tarixli “2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” sərəncamlarına əsasən AXC-nin yubileyi təntənəli qeyd olunur.

         AXC-nin 100 illik yubileyi ilə əlaqədar Bakı Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində “AXC-nin yubileyi dövlətçilik tariximizdə əbədiləşdirildi” layihəsi uğurla həyata keçirilir. Layihə çərçivəsində Yasamal rayonunun kütləvi kitabxanalarında sərgilər, ”dəyirmi masa”lar, söhbətlər, oxucu konfransları, səyyar mühazirələr təşkil olunur.

Sentyabr ayında Bakının yadellilərdən azad olunmasının 100 illiyi ilə əlaqədar Yasamal rayon MKS-i “İnformasiya hamı üçün” YUNESKO Proqramının Azərbaycan komitəsi, “Kitabsevər uşaqlar” Facebook səhifəsi və YouTube kanalı ilə birgə “AXC-100” adlı viktorina keçirmişdir. Viktorinanın nəticələri yekunlaşdırılır.

         Oktyabr ayının 1-dən 10-dək Yasamal rayon MKS-i və “Vışka” qəzetinin redaksiyası “Müsəlman Şərqində ilk cümhuriyyət” adlı növbəti viktorina keçirəcəklər. Viktorinaya 30 sual Azərbaycan dilində, 30 sual isə rus dilində daxil olunub (suallar müxtəlifdir). Viktorinanın sualları “Vışka “ qəzetinin 2018-ci il 28 sentyabr tarixli nömrəsində dərc olunacaqdır.

         Viktorinanın qalibləri “Vışka” qəzetinə pulsuz abunə olmaq hüququ qazanacaq və Fəxri fərmanla təltif olunacaqlar.