Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Xəbərlər
25 Oktyabr , 2018



   Elmira Şahtaxtinskaya 25 oktyabr 1930–cu ildə Bakı şəhərində anadanolmuşdur. Orta təhsilini Bakı şəhərində almış, daha sonra Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini (indiki Rəssamlıq Akademiyası) və V. İ. Surikov adına Moskva Rəssamlıq İnstitutunu bitirmişdir.

    Elmira Şahtaxtinskaya daha çox plakat və dəzgah rəsmlərinin müəllifi kimi şöhrət tapmışdır. XX əsrin 70-ci illərində "Azərbaycan qədim mədəniyyət diyarıdır" plakat silsiləsini, Azərbaycanın elm, ədəbiyyat və incəsənət xadimlərinin portretlər qalereyasını, dəzgah rəsmləri və akvarellərindən "Çexoslovakiyada", "Sosialist Bakısı" seriyası, "Bolqarıstanda", "Qutablar"və "Novruz bayramı" tablolarını yaratmışdır. Moskva, Kaunas və s. şəhərlərdə fərdi sərgisi nümayiş etdirilmişdir.

    Rəssamın yaradıcılığında sülh və xalqlar dostluğu, əmək mövzusu əhəmiyyətli yer tutur. 70-ci illərdə çəkdiyi "Azərbaycan qədim mədəniyyət diyarıdır" plakatlar silsiləsində Azərbaycanın orta əsrlərdə yaşayıb yaratmış elm və mədəniyyət xadimlərinin (Nəsirəddin Tusi, Məhsəti Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Əcəmi Naxçıvani, Sultan Məhəmməd və başqaları), 70-80-ci illərdə isə müasir sənətkarların (Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Səməd Vurğun, Səttar Bəhlulzadə, Qara Qarayev, Fikrət Əmirov və b.) portretlərini yaratmışdır.

   13 oktyabr 1996-cı ildə Moskvadavəfatetmiş, BakıdaFəxrixiyabandadəfnolunmuşdur