Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Tədbirlər
29 Oktyabr , 2018



  Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Uşaq hüquqları aylığı çərçivəsində “Rəngli dünyam” Yaradıcılıq Mərkəzində “rəsm saatı” təşkil edildi.

  Şöbə müdiri Sevil Namazova yaşamaq,ana dilində danışmaq, təhsil,  ekologiya  və s. hüquqlar haqqında  uşaqlara məlumat verdi. O, bildirdi ki, hüquq – cəmiyyətdə insanların münasibətini tənzimləyən, dövlət tərəfindən müəyyən edilən və qorunan nor­maların məcmusudur. Digər hüquq və azadlıqlar yaşamaq hüququndan sonra gəlir.

  Sonra o, qeyd etdi ki, hər kəsin ana dilindən istifadə etmək hüququ vardır. Hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır. Heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz.

  Məhəmməd Seyfullayev, Nuray Həsənli, Azər Əhədli, Ümid Vəliyev mövzu ilə əlaqədar uşaq hüquqları, ekologiya və s. hüquqlarla   bağlı, habelə   “Müharibəyə - yox deyək!” mövzularında  rəsmlər çəkdilər. Uşaq hüquqlarına həsr olunmuş “rəsm saat”ında uşaqlar həm öz hüquqlarını bildilər, həm də  maarifləndilər.


Foto Qalereya