Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Tədbirlər
30 Oktyabr , 2018



   Bu gün oktyabrın 30-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin M. Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasında kiçikyaşlı oxucuların asudə vaxtının səmərəli təşkili, onlara kitabları sevdirmək və qorumaq  məqsədilə “Biblioemalatxana” adlı  layihə həyata keçirilir.

   Bu gün “Biblioemalatxana”da növbəti “təmir günü” keçirildi. Mərkəzi Kitabxananın əməkdaşları Sevil Namazova, Bəyimxanım Mövsümxani, Aysel İsmayılovanın köməkliyi ilə kiçikyaşlı oxucular Şarl Perronun “Volşebnıye skazki”, Xannu Yulitalonun “Okayannıy finn”, Paulo Koelhonun “On bir dəqiqə”, Gülzar İbrahimovanın “Sehirli nağıllar”, Sent-Ekzüperinin “Planeta lyudey. Malenkiy prints”, Əlisəfa Azayevin “Prokuror qızı” və s. ən çox oxunan kitabların qopmuş vərəqlərini yapışdırdılar, onları bərpa etdilər.

 “Biblioemalatxana”da 5 kitabın üzlükləri bərpa olunmuş, 5 kitab isə yapışqanla yapışdırılmışdır. Uşaqlar Fateh, Nihad, İnal, Ömər, Nuray, Nihad bu işdən böyük zövq aldılar.

   Layihə davamlıdır.

 


Foto Qalereya