Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Xəbərlər
31 Oktyabr , 2018



    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin sistem inzibatçısı Bəyimxanım Mövsümxani Elxan qızı kitabxana-informasiya sahəsində uzun müddətli səmərəli fəaliyyətinə, Yasamal rayon MKS-inin tədbirlərində fəal iştirak etdiyinə görə YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan komitəsi tərəfindən Təşəkkürnamə ilə təltif olundu.

    Təltifolunma mərasimi kitabxananın kollektivi və fəal oxucuların iştirakı ilə təşkil olundu. Tədbirdə Yasamal rayon MKS-inin direktoru Lətifə Məmmədova çıxış edərək, bildirdi ki, B.Mövsümxani doğma Azərbaycanı Almaniyada təmsil edəcək. O, Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini, adət-ənənələrini, kulinariyasını və s. təbliğ edərək, ölkəmizi daha da yaxından tanıtmağa səy göstərəcək.  

   Bəyimxanım Mövsümxaniyə Azərbaycandan kənarda Vətəni ləyaqətlə təmsil etməyi və gələcəkdə uğurlarının bol olmasını arzulayırıq.


Foto Qalereya