Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Tədbirlər
2 Noyabr , 2018

Noyabr ayının 1-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində daha bir yeni və davamlı layihənin təməli qoyuldu. Layihənin əsas məqsədi bütün əhali arasında (yaşından, sosial vəziyyətindən və yaşadığı yerindən asılı olmayaraq) kitabxananı operativ və ətraflı məlumat təqdim edən informasiya müəssisəsi kimi tanıtmaqdır.

İlk mərhələnin daha önəmli olduğunu nəzərə alaraq, geniş piar-kampaniyasına başlanmışdır: Kitabxananın girişinə reklam lövhəsi vurulmuş, bütün ətraf ərazilərə “Uşaqlarımızın kitabxanası”, “Kitabxana”, “Kitabxanamız” sözləri və kitabxananın telefon nömrəsi yazılan “gülücük”lər (smaylik), yapışqanlı kiçik lövhəciklər vurulmuşdur. Kitabxananı təbliğ edən bu “gülücük” və lövhəciklər təhsil və səhiyyə müəssisələri, uşaq yaradıcılıq mərkəzləri, əhalinin sıx yaşadığı ərazilər, ictimai iaşə obyektlərinin qarşısına, asfalt yollara yapışdırılmışdır.

M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının girişində oxucuların hədiyyə kimi götürə biləcəkləri müxtəlif nəşriyyat materialları (kitab, jurnal, dövri mətbuat nümunələri və s.) qoyulmuşdur. Bu nəşrlər kitabxanaya oxucular tərəfindən hədiyyə edilmiş, lakin MKS-in fondunda çoxlu sayda olduğu üçün bu nəşrlər oxuculara hədiyyə edilir.

Ən maraqlı addımlardan biri də o olmuşdur ki, MKS-ə daxil olan M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanası və 4 kitabxana filialın loqoları təsdiq edilmişdir.

         

Foto Qalereya