Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Xəbərlər
5 Noyabr , 2018

3 noyabr 1803-cü il çar Rusiyası qoşunlarının Gəncə xanlığına işğalçı yürüşü başlanıb. General Sisianovun komandanlıq etdiyi qoşunlar dekabrda Gəncə şəhərini mühasirəyə alıb, qızğın döyüşlərdən sonra şəhər süqut edib, Gəncə xanı Cavad xan qəhrəmancasına həlak olub. Bundan öncə rus qoşunları Azərbaycanın şimal-qərbində Car-Balakən bölgəsini ələ keçirmişdilər.

         3 noyabr 1983-cü il Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq Artisti Əliağa Ağayev vəfat edib (1913-1983). O, 1936-cı ildə Gənc Tamaşaçılar Teatrında fəaliyyətə başlayıb, 1961-ci ildən ömrünün sonunadək Akademik Milli Dram Teatrında çalışıb. Onu Məşədi İbad obrazının əvəzsiz ifaçısı adlandırırlar.

         3 noyabr 1797-ci ilrus yazıçısı Aleksandr Bestujev-Marlinski anadan olub (1797-1837). Dekabristlər üsyanında (1825) iştiraka görə Qafqaza sürgün olunub. O, Azərbaycanda yaşayıb, böyük yazıçı-dramaturq Mirzə Fətəli Axundovla dostluq edib, azərbaycan dilini öyrənib. M.F.Axundovun A.S.Puşkinin ölümünə həsr etdiyi “Şərq poeması”nı rus dilinə tərcümə edib.

1994-cü il 3 noyabrda Azərbaycanla Çili arasında diplomatik münasibətlər qurulub. 2005-ci ildə xarici işlər naziri E.Məmmədyarov Santyaqoda keçirilən konfransda iştirak etmişdir. Səfər çərçivəsində E.Məmmədyarov Çilinin xarici işlər naziri İ.Volker ilə görüşmüş və iki ölkə arasında gələcək münasibətlərin perspektivlərinə dair müzakirələr aparmışdır.

4 noyabr 1946-cı ildə BMT-nin təhsil, elm və mədəniyyət təşkilatının - UNESCO-nun (United Nations Educational, Scientific and Cultural Organization) yarandığı gündür. 1945-ci il noyabrın 16-da Parisdə 37 ölkə tərəfindən təşkilatın nizamnaməsi imzalanıb. Sənəd 20 ölkə tərəfindən ratifikasiya olunduqdan sonra, 1946-cı il noyabrın 4-də qüvvəyə minib. Hazırda UNESCO-nun 193 üzvü var, təşkilatın mənzil-qərargahı Parisdə yerləşir.

4 noyabr 1928-ci ildə Türkiyə Cümhuriyyətində ərəb əlifbasından latın qrafikalı əlifbaya keçid barədə qərar verilib. Bir il sonra SSRİ-də Azərbaycan, ardınca isə Mərkəzi Asiyanın türk respublikaları da latın qrafikalı əlifbaya keçməyə qərar verdilər. 1940-cı ilin yanvarından Azərbaycan kiril əlifbasına keçdi.

4 noyabr 1997-ci ildə  Bakıda "Kooperativ Demand" adı altında NATO-nun komanda-qərargah təlimlərinin hazırlıq seminarı keçirilib. Bu, alyansın "Sülh naminə tərəfdaşlıq" (SNT) proqramı çərçivəsində Azərbaycanda keçirilən ilk tədbir idi. Azərbaycan 1994-cü ildə SNT proqramına qoşulmuş, 1996-cı ildə bu proqram üzrə ilk fəaliyyət planını alyansa təqdim etmişdi. 1997-ci il noyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev "Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığını daha da gücləndirmək tədbirləri haqqında" sərəncam imzaladı. Sərəncama əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığı üzrə komissiya yaradıldı.

4 noyabr   2011-ci ildəkeçmiş Yuqoslaviyanın "İgidliyə görə" ordeni, "Xalq qarşısında xidmətlərinə görə" ordeni, İtaliyanın fəxri vətəndaşı adı ilə təltif edilmiş, İkinci dünya müharibəsində nasizmə qarşı vuruşmuş azərbaycanlı partizan Mirdamət Seyidov (1922-2011) vəfat etmiş və Göygöl rayonunun Qızılca kəndində dəfn edilmişdir. Onun haqqında “Partizanın acı həqiqətləri” sənədli romanı yazılıb. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən isə “Unudlmaz partizan” filmi çəkilib.