Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Tədbirlər
8 Noyabr , 2018



    Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası 158 №-li tam orta məktəbin 6 və 9-cu sinif şagirdlərinin iştirakı ilə “9 noyabr - Dövlət Bayrağı Günü”nə həsr olunmuş “Mənim üçrəngli bayrağım” adlı tədbir keçirdi.

   Tədbiri giriş sözü ilə Metodika biblioqrafiya şöbəsinin müdiri Aysel İsmayılova açaraq, “Dövlət Bayraq Günü”nün tarixi haqqında məlumat verdi və qeyd etdi ki, Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Dövlətinin suverenliyi rəmzidir.

  Tədbirdə 6 ç sinif şagirdləri Şəbnəm Rəhimova, Əbabil Abdurrəhimov, Emin Mirzəyev, İlkin Nəcəfov, Nihad Həsənov, Emil Ələkbərov və 9 d sinif şagirdləri Nihad Məmmədli, Zəhra Ağazadə, Sahib Əliyev, Əli-Abbas Əliyev və Hüseyn Qurbanovun ifasında şeir kompozisiyası təqdim olundu. M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın böyük kitabxanaçısı Səbirə Kərimova bayrağa həsr olunmuş şeiri gözəl intonasiya ilə söyləyən Hüseyn Qurbanova Azərbaycan Respublikasının Dövlət bayrağını hədiyyə etdi. Gələcəyin əsgərləri bu bayrağı daima uca tutacaqlarına söz verdilər.

   Daha sonra böyük kitabxanaçı Səbirə Kərimova və sinif rəhbəri Dürdanə Adıgözəlzadə şagirdlərlə dövlət atributları haqqında sorğu-sual apardılar.

    M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasında “Mənim üçrəngli bayrağım” adlı sərgi hazırlanmışdır.

 


Foto Qalereya