Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Tədbirlər
18 Dekabr , 2018



      Bakı şəhər Mədəniyyət Baş İdarəsinin M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının kitabxanaçısı İradə Hüseynova Milli Qəhrəman Aytəkin Məmmədov adına 38 №- li tam orta məktəbin 5-ci sinif şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş inşa müsabiqəsinin  yekunu ilə bağlı görüş keçirmişdir.

     Ulu öndərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

     İradə Hüseynova tədbiri Ulu öndərimizin: “Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır”, – sözləri ilə açaraq bildirdi ki, kitabxanaçı öz növbəsində oxucu mütaliəsini istiqamətləndirmək, onun oxu dairəsini genişləndirmək məqsədi ilə belə müsabiqələrin keçirilməsi məqsədə uyğundur. 38 №-liı tam orta məktəbin kitabxana müdiri Səbinə Abbasova şagirdlərə ulu öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyəti haqqında məlumat verdi. Təlim-tərbiyə üzrə rəhbər Gülnarə Vəliyeva da öz çıxışında bu sözləri: “Oxumaq – zehnimizi gücləndirməyə, söz xəzinəmizi zənginləşdirməyə, qabiliyyətimizi inkişaf etdirməyə faydalıdır,” – qeyd etdi.

      Ümummilli liderə həsr olunmuş inşa müsabiqəsinə yekun vuruldu, sonra 5-ci sinif şagirdləri Vüsal Abdullayev  Aşıq Şəmşirin “Heydərim”, Əli İsmayılov Səməd Vurğunun “Azərbaycana gəlsin”, Əli Məmmədov Əliağa Kürçaylının ”Bakı”, Xədicə Baxışova Q. Ədalətin  “Ulu bir sərkərdə”, “Ulu bir öndər”, Zəhra Həsənova “Ulu öndər”, Sevalə Qəniyeva “Heydər baba”, Gülay Məmmədzadə “O bizimlədir”   şeirlərini  söylədilər.

     Müsabiqənin qalibləri dekabrın 18-də elan ediləcək.

 


Foto Qalereya