Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Tədbirlər
21 Dekabr , 2018


   Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatşılığı ilə Yasamal rayonu Heydər Əliyev Mərkəzində bu gün tanınmış uşaq yazıçısı Gülzar İbrahimovanın 60 illik yubileyi qeyd olundu.

    Tədbirdə Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsi aparat rəhbəri Mirzə Əlibəyov, Azərbaycan Yazıçılar Birliyinin uşaq ədəbiyyatı seksiyasının rəhbəri Qəşəm Nəcəfzadə,şair Oqtay Rza,yazıçı-publisist Firudin Qurbansoy, şairə Gülarə Munis, yazıçı-publisist Zöhrə Əsgərova, Əməkdar jurnalist Flora Xəlilzadə, filoloq-alim, yazıçı-publisist  Dilarə Nağıyeva, yazıçı-publisist Sevinc Ağa Xəlil qızı, ELS Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova, şairə-publisist Zərəngiz Mansurova, Azərbaycan radiosunun əməkdaşı Məhyəddin Əsgərov, ictimaiyyət nümayəndələri, oxucular iştirak və çıxış etdilər.

  Gülzar İbrahimovaya Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin,Azərbaycan Yazıçılar Birliyinin, DİN-in Polis Akademiyasının,“Milli Dəyərlərin Qorunması” İctimai Birliyinin, Yasamal rayon Heydər Əliyev Mərkəzinin, Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və s. təşkilatların Fəxri Fərmanları, Təbrik-Ünvanları və hədiyyələri təqdim edildi.

32, 84, 137 və 246 №-li tam orta məktəblərin şagirdləri Gülzar İbrahimovanın şeirlərini və ona yazdığı şeirləri söylədilər.

 


Foto Qalereya
Video Qalereya