Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Xəbərlər
24 Dekabr , 2018



    İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub.

    Bakı şəhərindəki 6 №-li məktəbi bitirdikdən sonar, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb.

    Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda müəllim işləyib, daha sonra biznes sahəsində çalışıb.1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. "Heydər Əliyevin neft strategiyası"nın həyata keçirilməsində fəal iştirak edib.

   İlham Heydər oğlu Əliyev iki dəfə - 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilib.2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilib.

   1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentidir (2016-cı ildə dövlət başçısı bu vəzifəyə yenidən seçildi).

   1999-cu ildə hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib.

   2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub.2003-cü ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyasının sədr müavini, AŞPA-nın Büro üzvü seçilib.2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilib.

    2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib.

   2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.

   2013-cü il oktyabrın 9-da İlham Əliyev seçicilərin böyük əksəriyyətinin səsini (84,54 faiz) toplayaraq beş il müddətinə Azərbaycan Respublikasının Prezidenti seçilib.

  İlham Əliyev 2018-ci il aprelin 11-də keçirilmiş seçkilərdə səs çoxluğu ilə yenə də Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.