Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Tədbirlər
24 Dekabr , 2018



   Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Rusiya Federasiyasının Orenburq vilayətinin Pokrovka modern kitabxanası ilə birgə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ad gününə həsr olunmuş “15 il Azərbaycanın rəhbərliyində” ilk interaktiv plakat hazırlamışdır.

İnteraktiv plakatın üzərində Prezident İlham Əliyevlə bağlı 7 fotoşəkil yerləşdirilib. Plakatda 13 interaktiv nöqtə mövcuddur. İnteraktiv nöqtələrdə aşağıdakı məlumatlar əks olunub: Prezident İlham Əliyev haqqında vikipediyada olan məlumat (Azərbaycan, rus və ingilis dillərində), yazıçı-publisist Elmira Axundovanın “Ильхам Алиев: портрет президента на фоне перемен” kitabı haqqında məlumat, İlham Əliyevin Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana 2018-ci il 5 aprel tarixində verdiyi müsahibəsi, Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytında yerləşdirilən tərcümeyi-halı, vikipediyada olan ölkənin Birinci vitse-prezidenti  Mehriban xanım Əliyeva haqqında rus dilində məlumat, Prezident Kitabxanasının hazırladığı “İlham Əliyev. elektron külliyyat”, Prezidentin doğum günü ilə əlaqədar ona ünvanlanan təbriklər, Prezidentin müxtəlif sahələrə dair fikir və sitatları və s.

İnteraktiv plakatda yerləşdirilən və Prezidentin fəaliyyətinin bir neçə istiqamətlərini əks etdirən “İnfoqrafika” da oxucular üçün maraqlıdır.

İnteraktiv plakat Rusiya Federasiyasının bir neçə kitabxanasına, habelə Prezident Kitabxanasına, YAP Suraxanı rayon təşkilatına, Yasamal rayon Heydər Əliyev Mərkəzinə,  BDU-nun, ADA Universitetinin, Tibb Universitetinin, Texniki Universitetin, İlahiyyat İnstitutunun elmi kitabxanalarına, Respublika Elmi-Texniki Kitabxanasına, Respublika Elmi-Tibb Kitabxanasına, Mədəniyyət.Az jurnalına, Yasamal rayonunun ərazisində yerləşən bir neçə məktəb və məktəbəqədər müəssisələrə, respublikanın bir neçə şəhər (rayon) Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinə göndərilmişdir.

“15 il Azərbaycanın rəhbərliyində” ilk interaktiv  plakat https://www.thinglink.com/scene/1133402086877167617 linkdə yerləşdirilmişdir.


Foto Qalereya