Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Xəbərlər
25 Dekabr , 2018


     Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında tanınmış uşaq yazıçısı və tərcüməçi İlyas Tapdığın anım gününə həsr olunmuş videoçarx hazırlanmışdır. Videoçarxda yazıçının həyat və yaradıcılığı haqqında məlumat verilir, onun qələm dostları ilə müxtəlif illərdə çəkilmiş fotoları əks olunur.

     Videoçarxda şairin iştirak etdiyi müxtəlif tədbirlərdən fotoşəkillər maraq doğurur.

     İlyas Tapdıq “Bilioqrafiya”, Etibar Nadiroğlu “Şerin,sözün bağbanı” kitabı, yazarın XX əsrin 50-ci illərindən başlayaraq nəşr olunmuş əsərlərinin, şairin rus və türkmən dilindən tərcümələrinin siyahısı əks olunmuşdur.

     Suraxanı rayonu 84 №-li tam orta məktəbin şagirdi, “gənc şair”, gənc yazarların “Mirzə Şəfi məclisi”nin üzvü Sadiq Nəbilinin “Elegiya” şeiri (şair İlyas Tapdığın ölüm gününə) izləyicilərdə kövrək duyğular oyadır.

     Videoçarx İlyas Tapdığın “Layla ” şeirinə bəstələnmiş mahnı ilə müşayiət olunur.

     Videoçarx Yasamal rayonu ərazisində yerləşən bir sıra məktəb və məktəbəqədər müəsissələrə göndərilib.

     Videoçarxa aşağıdakı linkdə baxmaq olar:    https://www.youtube.com/watch?v=diNH6bWPsxU

 

 

 

     


Video Qalereya