Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Tədbirlər
27 Dekabr , 2018


   27 dekabr tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasında növbəti “Nağıl saatı” keçirildi. “Nağıl otağı”nın qonaqları  158 №-li tam orta  məktəbin 1a sinif şagirdləri oldu.

   Uşaq şöbəsinin müdiri Sevil Namazova kiçikyaşlı oxucularımıza “Siçan və pişik” cizgi filmini nümayiş etdirdi. Mədinə Qarayeva, Nəzrin Aslanlı, Fatimə Əliyeva, Nuray Bağırova cizgi filminə maraqla baxdılar.

   Sonda Sevil Namazova cizgi filminin qəhrəmanları haqqında söhbət apardı. Uşaqlar “Nağıl otağı”nda yeni alınmış nağıl kitabları ilə tanış oldular. Uşaqlara kitabxana tərəfindən yeni il hədiyyələri verildi.  


Foto Qalereya