Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Xəbərlər
27 Dekabr , 2018



    Bu gün, 27 dekabr tarixində Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına  Mərkəzi Kitabxanasında “Rəsm saatı” keçiridi. ”Rəsm saatı”nda kitabxananın oxucuları – 158 №-li tam orta məktəbin 1a sinif şagirdləri Zaur İbrahimli, Leyla Müseybova, Murad Əliyev, Amin İsmayılov və Məhəmməd Qurbanlı iştirak etdilər. Kitabxananın əməkdaşları İradə Hüseynova və Lalə Səlimova uşaqlara rəsm çəkməkdə kömək göstərdilər.

    Uşaqlar “Turp”, ”Balıqçı və balıq”, “Barbi” və s. nağıllardan rəsmlər çəkdilər. Kitabxanada kitablardan hazırlanmış  “Yeni il yolkası” uşaqların marağına səbəb oldu. Sonda Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Lətifə Məmmədova tərəfindən uşaqlara hədiyyələr təqdim edildi.

 


Foto Qalereya