Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Xəbərlər
27 Dekabr , 2018



    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında 2018-ci ilin iyul ayından başlayaraq kitab və mütaliə problemlərini öyrənmək məqsədi ilə sosioloji sorğular, ekspress sorğular keçirilir.

  2018-ci ilin yekunlarına görə böyüklər tərəfindən ən çox oxunan müəlliflər arasında Lev Tolstoyun, Aqata Kristinin, Xalid Hüseyninin, Çingiz Abdullayevin, Darya Donsovanın,  Varisin, Nüşabə Məmmədlinin, Elxan Elatlının, Cek Londonun, Mikayıl Müşfiqin, Balzakın, Cone Qrayın, Marqeret Mitçelin, Ceyn Ostinin, Ramiz Rövşənin. Çarlz Dikkensin və b. əsərlərini qeyd etmək lazımdır.

  Uşaq və yeniyetmələr daha çox “Kitabi Dədə Qorqud”a, Nizami Gəncəvinin, A.S.Puşkinin, Q.X.Andersenin, C.Məmmədquluzadənin, C.Cabbarlının, M.F.Axundzadənin, Ş.Perronun, A.P.Çexovun, N.Nosovun, A.Şaiqin, X.Əlibəylinin, G.İbrahimovanın və b. kitablarına maraq göstərmişdilər.

  Yeni il ərəfəsində oxucular kitabxanaçıların köməyi ilə 2018-ci  ildə ən çox oxunan kitablardan M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasında “Kitab yolkası” qurulmuş və bəzədilmişdir.

http://az.strategiya.az/news.php?id=144340



Foto Qalereya