Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Xəbərlər
28 Dekabr , 2018



          Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası yazıçı-publisist, şairə, kitabxananın fəal oxucusu Sevinc Ağa Xəlilqızı (Basqallı) ilə birgə layihə həyata keçirilmişdir. Layihə əsasında hazırlanmış “Bu dünyanın fidanları.  Дети – сияние планеты” bilinqvistlik (ikidilli) kitab bu gun işıq üzü görmüşdür.

          Kitabda Vətənə, torpağa, təbiətə sevgi hissləri aşılanır, uşaq və yeniyetmələrə dostluq, mərdlik, cəsarət, xeyirxahlıq haqqında maraqlı və faydalı məlumatlar verilir. Kitabda vətənpərvərlik mövzusu xüsusi yer alıb. İlk dəfə olaraq oxuculara xeyirxah insan, tanınmış mesenat H.Z.Tağıyevə həsr olunmuş poema təqdim edilir. Kitab şagirdlər, valideynlər, müəllimlər, habelə geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.

         Layihənin rəhbəri, ideya müəllifi, kitabı rus dilinə tərcümə edəni və nəşrin redaktoru tarix üzrə fəlsəfə doktoru, Yasamal rayon MKS-inin direktoru Lətifə Məmmədova, məsləhətçi – filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy, rəyçilər – Əməkdar jurnalist Qafar Əsgərzadə, yazıçı-publisist, Beynəlxalq  elmi jurnallar assosiasiyasının sədri Tahir Cəfərli, Təbrizdən olan yazıçı və naşir Hədyə Zəhra Əhmədi, “Sehirli dünya” jurnalının baş redaktoru, Gülzar İbrahimova, layihədə kitabxananın   Kifayət Hüseynova, Leyla Abdulrəhimova, Yeganə Qafarova Səbinə Kərimli  əməkdaşları iştirak ediblər.

        Kitab YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramı Azərbaycan komitəsi və MDB-nin Kitabyayımı Assossiasiyasının təşkilatı dəstəyi ilə hazırlanmışdır.

        Kitabın elektron variantı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaradılmış “Azərbaycan ədəbiyyatının virtual kitabxanasında” yerləşdiriləcək.

http://az.baku-art.com/index.php?newsid=24525#.XC2gp1UzaM8

http://adekvat.az/sosial/az%C9%99rbaycan-kitabxana-tarixind%C9%99-ilk-d%C9%99f%C9%99-kitabxananin-yazici-il%C9%99-birg%C9%99-layih%C9%99si-%C9%99sasinda-usaqlar-ucun-kitab-n%C9%99sr-olundu/

http://yasamal.cls.az/more/text/74153

http://stimulxeber.az/sosial/21662-azerbaycan-kitabxana-tarixinde-ilk-defe-kitabxananin-yazichi-ile-birge-layihesi-esasinda-ushaqlar-uchun-kitab-neshr-olundu.html

https://azertag.az/xeber/Usaqlar_uchun_yeni_kitab_isiq_uzu_gorub-1228912

 



 

 


Foto Qalereya