Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Xəbərlər
7 Yanvar , 2019



    Xəbər verdiyimiz kimi, “Məcməüş-şüara”nın və “Vahid ədəbi”məclisi”nin M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanası ilə yaradıcılıq əlaqələri mövcuddur.

      Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının təşəbbüsü ilə 139 yaşlı “Məcməüş-şüara”nın və 18 yaşlı “Vahid ədəbi məclisi”nin Yeni 2019-cu ildə Yasamal rayon Heydər Əliyev Mərkəzində ilk yığıncağı keçirildi. Məclisin sədri tarix elmləri doktoru, professor, AMEA-nın Tarix İnstitutunun şöbə müdiri, qəzəlxan Şahin Fazil məclis üzvlərini salamlayıb, onları  Yeni il münasibəti ilə təbrik etdi və yaradıcılıq uğurları arzuladı.

      Əvvəlki məclislərdən fərqli olaraq bu toplantıya gənc və yeniyetmələr də qatıldı. Toplantıda vətənpərvərlik mövzusunda şeirlər səsləndi. “Qarabağ” şeiri ustad şairlərin müzakirəsinə çıxarıldı. Məclisin yeni üzvü Tamam Uluxanlı yeni yazdığı  şeirlərini təqdim etdi. Məclisin katibi, tanınmış uşaq yazıçısı və şairi Gülzar İbrahimova yeni yazdığı mənsur şeirlərini məclisə təqdim etdi.

 


Foto Qalereya