Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Tədbirlər
7 Yanvar , 2019



   Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında təşkil olunan gənc yazarların “Mirzə Şəfi Məclisi”nin 2019-cu ilin ilk toplantısı Azərbaycan Xalça Muzeyində keçirildi.

    Xalça Muzeyinin “Uşaq muzeyi” şöbəsinin müdiri Azər Abdullayev qonaqları səmimi qarşılayaraq, muzeyin  kollektivi adından onlara gələcək yaradıcılıqlarında uğurlar arzuladı. Uşaqlar muzeydəki eksponatlarla tanış oldular. Müasir dövrümüzə gəlib çıxmış, ilmələrində tarix yaşadan xalılara uşaqlar maraqla tamaşa etdilər. Bələdçilər uşaqları maraqlandıran suallara həvəslə cavab verdilər, muzeyin əməkdaşı xalçaların toxuma qaydalarını onlara izah etdi. Balacalar rəngli saplarla kiçik hanadahəvəslə işə başladılar. Xalçalarla maraqlanan uşaqlardan bir neçəsi muzeyin nəzdindəki xalçatoxuma kurslarına yazıldılar.

     Xalça sexində Məclisin qonağı şairə Sənəm Səbayel xalçaçı qadınlara “Zəhmətkeş qadın əlləri” şeirini oxudu. Məclisin sədri Gülzar İbrahimova İran və Hindistan şahları (Nadir və Cahan), o dövrdə baş vermiş hadisələr, şahların həyatı, Tac Mahal məqbərəsi haqqında yazdığı “Bir zalım şah vardı” kitabını xalçaçı qadınlara hədiyyə etdi.

     “Mirzə Şəfi Məclisi”nin toplantısı “Yaradıcı əllər” zalında keçirildi. Məclisdə uşaqlar yazdıqları yeni əsərləri oxudular. Əsərlər müzakirə olundu, onlara dair fikir, təklif və rəylər bildirildi.

     ŞairAnar Tofiq Fuad uşaqların nəsrlə, nəzmlə yazılmış əsərlərini kitab şəklində nəşr etdirməyi təklif etdi.

     Valideynlər “Mirzə Şəfi Vazeh Məclisi”nin Facebook səhifəsinin yaradılmasını öhdələrinə götürdülər.137 №-li tam orta məktəbin direktor müavini Sənubər Musayeva istedadlı şagirdləri ilə birgə Məclisdə iştirak etdi, yaradıcı uşaqlara dəyərli tövsiyələr verdi.

      Məclisin sədri, uşaq yazıçısı Gülzar İbrahimova yaradıcı uşaqlara göstərilən diqqətə görə qonaq gələn  şairlərə təşəkkür etdi. O, isti və xoş münasibətə görə Xalça Muzeyinin rəhbərliyinə və kollektivinə  minnətdarlığını bildirdi.

     “Mirzə Şəfi Məclisi”nin sədri, uşaqların sevimli Gülzar nənəsi bildirdi ki, Məclisin yaradılmasında əsas məqsəd istedadlı uşaqlara diqqət göstərmək, onların yaradıcılığını dəstəkləməkdir.

     Tədbirin sonunda gənc şair və yazıçılara Yeni il hədiyyələri verildi. Uşaqlar xüsusi olaraq onlar üçün bəzədilmiş yolkanın qarşısında xatirə şəkli çəkdirdilər.


 

https://azertag.az/xeber/Genc_yazarlarin_Mirze_Sefi_Meclisinin_novbeti_toplantisi_olub-1231203

http://sia.az/az/news/culture/719200.html

http://xeberleragentliyi.com/main/10184-genc-yazarlarin-mirze-shefi-meclisinin-novbeti-toplantisi-olub.html

http://525.az/site/?name=xeber&news_id=113167#gsc.tab=0

http://az.baku-art.com/index.php?newsid=24583#.XDSb_lUzaM8

http://yasamal.cls.az/more/text/74331

 

 

 

 

 

 

 

 

 

 

 

 


Foto Qalereya