Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Tədbirlər
10 Yanvar , 2019



    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon  M.Ş.Vazeh adına Mərkəzi Kitabxana yazıçı-publisist, şairə Sevinc Ağa Xəlilqızı (Basqallı) ilə birlikdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixo-nevrolojiUşaq Mərkəzində tədbir təşkil etdilər.

    Tədbirdə Yasamal rayon MKS-inin direktoru Lətifə Məmmədova, Psixo-nevroloji Uşaq Mərkəzinin baş həkimi İradə Musayeva, Azərbaycan Respublikası Qızıl Aypara Cəmiyyətinin layihə rəhbəri Mətanət Qaraxanova da iştirak etdilər. Uşaqlara Yeni il hədiyyəsi olaraq, kitabxana tərəfindən hazırlanmış təbrik videoçarxı nümayiş olundu.

      Psixo-nevroloji Uşaq Mərkəzinə Yasamal rayon M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının oxucusu yazıçı-publisist, şairə, Sevinc Ağa Xəlilqızı (Basqallı) ilə birgə layihəsi əsasında hazırlanmış “Bu dünyanın fidanları. Дети – сияние планеты” bilinqvistlik (ikidilli) kitabı hədiyyə edildi.

    Bundan başqa, uşaq yazıçısı Gülzar İbrahimovanın kitabları və “Vətən və mən” CD diski hədiyyə olundu.

    Yasamal rayon 53 №-li tam orta məktəbin şagirdi Lalə Tağıyeva və  158 №-li tam orta məktəbin şagirdləri Həmid Tağıyev və Murad Əhmədzadə mərkəzin uşaqları üçün səhnəciklər göstərdilər, şeirlər söylədilər və sonda şənlik təşkil olundu.

    Psixo-nevroloji Mərkəzin uşaqlarına hədiyyə olunmuş videoçarxa https://www.youtube.com/watch?v=Dfg_Kh3mBRU linkdə baxmaq olar.

https://azertag.az/xeber/Psixo_nevroloji_Usaq_Merkezinde_bayram_tedbiri_teskil_edilib-1232084

http://stimulxeber.az/sosial/21909-yasamal-rayon-mshvazeh-adina-merkezi-kitabxanasinin-sehiyye-nazirliyinin-psixo-nevroloji-ushaq-merkezinde-tedbiri.html

http://manevr.az/medeniyyet/43747-yasamal-rayon-mvazeh-adna-mrkzi-kitabxanasnn-shiyy-nazirliyinin-psixo-nevroloji-uaq-mrkzind-tdbiri.html

http://adekvat.az/sosial/yasamal-rayon-m-s-vazeh-adina-m%C9%99rk%C9%99zi-kitabxanasinin-s%C9%99hiyy%C9%99-nazirliyinin-psixo-nevroloji-usaq-m%C9%99rk%C9%99zind%C9%99-t%C9%99dbiri/

http://az.baku-art.com/index.php?newsid=24608#.XDc-TVUzaM8

http://yasamal.cls.az/more/text/74464


Foto Qalereya