Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Tədbirlər
20 Fevral , 2019



       Bu gün, 20 fevral tarixində Bakı şəhər Mədəniyyət Baş İdarəsi M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanası Yasamal rayon 173 №-li tam orta məktəbdə Beynəlxalq Ana Dili Günü ilə əlaqədar olaraq tədbir təşkil etmişdir. Tədbiri məktəbin 1-a sinfinin rəhbəri N.Əliyeva açaraq, qonaqları salamladı. Kitabxananın əməkdaşı İ.Hüseynova çıxış edərək Beynəlxalq Ana Dili Günü barədə məlumat verdi, ana dilinə həmişə xüsusi diqqətlə yanaşmış, dilimizin dərin bilicisi olan Heydər Əliyevin 2001-ci il iyun ayının 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamasından, Ulu öndərin dilimizin inkişafı baxımından gösdərdiyi misilsiz xidmətlərdən danışdı.

Sonra 1-a sinif şagirdlərindən B.Süleymanov, D.Hümbətli və M.Cəfərova görkəmli şair A.Səhhətin “Quşlar”, “İki uşaq”, “Vətənim” və s. şeirlərini söylədilər, şairin “Ana və bala”, “Ayı və şir” təmsillərindən səhnəciklər nümayiş etdilər.

Sonda Yasamal rayon 173№-li tam orta məktəbin direktoru S.Abbasova çıxış edərək tədbir təşkilatçılarına öz təşəkkürünü bildirdi.

Məktəbin foyesində “Ana dilimiz –sərvətimizdir”, “Abbas Səhhət– 145” adlı sərgilər nümayiş olundu.

http://stimulxeber.az/sosial/22855-ana-dilimiz-servetimizdir.html

https://adekvat.az/sosial/ana-dilimiz-s%C9%99rv%C9%99timizdir/

http://dialoq.info/ana-dilimiz-s%C9%99rv%C9%99timizdir/

http://zim.az/medeniyyet/4249-ana-dilimiz-srvtimizdir.html

http://azpress.az/index.php?lang=az&sectionid=news&id=87209

http://az.baku-art.com/index.php?newsid=24999#.XG5nPFQzaM9

http://yasamal.cls.az/more/text/76971


 


Foto Qalereya