Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Xəbərlər
5 Mart , 2019



Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında böyük ədib və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illik yubileyi ilə əlaqədar interaktiv plakat hazırlanmışdır.

İnteraktiv plakatda Cəfər Cabbarlının fotoşəkli, ədibin kitabları, onun adını daşıyan gəmi, 100 illik yubileyi ilə əlaqədar buraxılmış poçt markası, Bakı şəhərində ucaldılan heykəli və Cəfər Cabbarlı metro stansiyasının şəkilləri fonunda 13 interaktiv nöqtə yerləşdirilmişdir.

Burada Cəfər Cabbarlı haqqında iki dildə məlumat (Azərbaycan və rus dilində), ədibin heykəli, Bakı və Xızıdakı ev muzeyləri haqqında məlumat, bəstəkar Ə.Bədəlbəylinin ədib haqqında fikirləri, Əminə Yusifqızının ifasında C.Cabbarlının “Ana” şeiri, İradə Tuncayın “Bir içim insan Cəfər Cabbarlı” filmi, Yasamal rayon MKS-inin və AMEA-nın Mərkəzi Elmi Kitabxanasının C.Cabbarlı haqqında hazırladığı videoçarxlar və s.

İnteraktiv plakat Yasamal rayon və Xızı rayon  MKS-lərinin Rusiya Federasiyasının Orenburq vilayətinin Pokrovka modern kitabxanası ilə birgə beynəlxalq əməkdaşlıq çərçivəsində hazırlanmışdır.

İnteraktiv plakat likdə yerləşdirilmişdir

https://www.thinglink.com/scene/1158080692672790529

https://www.azertag.com/xeber/Cefer_Cabbarlinin_120_illik_yubileyi_ile_bagli_interaktiv_plakat_hazirlanib-1254374

http://az.strategiya.az/news.php?id=147500

http://manera.az/sosial/8911-cefer-cabbarliya-aid-interaktiv-plakat-hazirlanib.html

http://azpress.az/index.php?lang=az&sectionid=news&id=87520

https://adekvat.az/sosial/beyn%C9%99lxalq-%C9%99m%C9%99kdasliq-c%C9%99rciv%C9%99sind%C9%99-c%C9%99f%C9%99r-cabbarli-120-%D0%B4%D0%B6%D0%B0%D1%84%D0%B0%D1%80-%D0%B4%D0%B6%D0%B0%D0%B1%D0%B1%D0%B0%D1%80%D0%BB%D1%8B/

http://stimulxeber.az/sosial/23189-beynelxalq-emekdashliq-cherchivesinde-cefer-cabbarli-120-dzhafar-dzhabbarly-interaktiv-plakat-hazirlandi.html

http://yasamal.cls.az/more/text/78068

http://az.baku-art.com/index.php?newsid=25185