Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Tədbirlər
6 Mart , 2019



  Martın 6-da Yasamal rayon M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası 173 №-li tam orta məktəbin 1b sinif şagirdləri ilə növbəti “nağıl saatı” keçirdi.

  Uşaq şöbəsinin müdiri Sevil Namazova və kitabxanaçı İradə Hüseynova kiçikyaşlı oxuculara “Qurbağa və şahzadə” cizgi filmini nümayiş etdirdilər. Uşaqlar böyük maraqla cizgi filmi izləyib, öz sevimli cizgi filmlərinin qəhrəmanları haqqında suallara cavab verdilər. Sonra isə 1b sinifinin şagirdləri dahi Azərbaycan şairi Füzulinin “Meyvələrin söhbəti” şeirini söylədilər.

Sonda sinif rəhbəri N.Əliyeva uşaqlara mütaliəni sevdirmək məqsədilə təşkil olunan tədbirə görə kitabxanaçılara öz dərin təşəkkürünü bildirdi.


Foto Qalereya