Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Tədbirlər
14 Mart , 2019


Martın 14-də Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının əməkdaşları A.Məmmədov adına 38 №-li tam orta məktəbin kitabxanasında 1-ci və 4- cü sinif şagirdləri ilə “Hansı kitabları sevirsiz?” mövzusunda dəyirmi masa təşkil etdilər.

Mərkəzi Kitabxananın Uşaq şöbəsinin müdiri Sevil Namazova, böyük metodist İradə Hüseynova və məktəb kitabxanasının müdiri Səbinə Abbasova mövzu ilə əlaqədar uşaqlar arasında sorğu keçirdilər.

Sorğunun nəticələrinə görə şagirdlərin ən sevimli müəllif və kitabları müəyyən olundu: Cəlil Məmmədquluzadənin hekayələri, "Azərbaycan dastanları", "Azərbaycan nağılları", "Tapmacalar", Gülzar İbrahimovanın  nağılları", uşaqların  “Sevimli kitabları” siyahısına daxil edildi. Şagirdlərdən Nurtac Əliyeva, Ayxan Fətullazadə, Sevil Əsədzadə və Nigar Quluzadə Vətənə həsr olunmuş şeirlər söylədilər.

Sonda sinif rəhbəri Dilşad Allahverdiyeva şagirdlərin dünyagörüşünün formalaşması və mütaliənin təbliğində kitabxanaların rolunu yüksək qiymətləndirərək kitabxana əməkdaşlarına öz təşəkkürünü bildirdi.

 

 

 



Foto Qalereya