Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Xəbərlər
14 Mart , 2019



Bu gün, martın 14-də Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının əməkdaşları 94 №-li Körpələr Evi - Uşaq Bağçasında “Sevdiyim nağıl qəhrəmanları” adlı növbəti "rəsm saatı” keçirdilər. Uşaq şöbəsinin müdiri Sevil Namazova, böyük metodist  İradə Hüseynova və kitabxanaçı Esmira Zülfiqarova uşaqlara rəsm çəkməkdə köməklik göstərdilər.

Uşaqlar maraqla sevdikləri nağıl qəhrəmanlarının rəsmlərini çəkdilər. Sonda bağçanın tərbiyəçisi Leyla Abdullayeva kitabxana əməkdaşlarına  təşəkkürünü bildirdi və belə tədbirlərin davamlı olmasını arzuladı.


Foto Qalereya