Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Xəbərlər
15 Mart , 2019



Bu gün, martın 15-də Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında 2 №-li Bakı Baza Tibb Kollecinin tələbələri üçün Cəfər Cabbarlının Xızı rayonundakı ev muzeyinə virtual ekskursiya təşkil olundu.

Tədbir işirakçıları ədibin Xızı rayonundakı ev-muzeyində olan eksponatlarla tanış oldular. Virtual ekskursiya Yasamal rayon MKS-inin  və Xızı rayon MKS-inin habelə Cəfər Cabbarlının Xızı rayonundakı ev-muzeyinin əməkdaşlarının iştirakı ilə baş tutdu.

Böyük ədib və dramaturq Cəfər Cabbarlının 120 illik  yubileyi ilə əlaqədar  söhbət aparıldı.

Tədbirdə “Hansı kitabları sevirsiniz?” mövusunda müzakirələr də aparıldı. Yasamal rayon MKS-inin direktoru Lətifə Məmmədova mütaliənin yaşından asılı olmayaraq hər bir insan üçün vacib olduğunu söylədi. Çoxlu mütaliə etməyin insanın dünyagörüşünün formalaşmasında böyük rol oynadığını vurğuladı.

Kollecin müəlliməsi Esmira Babayeva tədbirə görə kitabxana kollektivinə öz təşəkkürünü bildirdi və belə görüşlərin davamlı olmasını arzuladı. M.Ş.Vazeh adına Mərkəzi Kitabxana ənənəsinə sadiq qalaraq, tədbir iştirakçılarına kitablar hədiyyə etdi.


https://www.azertag.com/xeber/Cefer_Cabbarlinin_Xizi_rayonundaki_ev_muzeyine_virtual_ekskursiya_teskil_olunub-1259914

http://azpress.az/index.php?lang=az§ionid=news&id=87757

http://az.strategiya.az/news.php?id=148059

http://manevr.az/medeniyyet/47429-cfr-cabbarlnn-ev-muzeyin-virtual-ekskursiya.html

http://gunaz.az/cemiyyet/46056-cefer-cabbarlinin-xizi-rayonundaki-ev-muzeyine-virtual-ekskursiya-teshkil-olundu.html

http://stimulxeber.az/sosial/23512-cefer-cabbarlinin-xizi-rayonundaki-ev-muzeyine-virtual-ekskursiya-teshkil-olundu.html

https://adekvat.az/sosial/c%C9%99f%C9%99r-cabbarlinin-xizi-rayonundaki-ev-muzeyin%C9%99-virtual-ekskursiya-t%C9%99skil-olundu/

http://yasamal.cls.az/more/text/78738

http://az.baku-art.com/index.php?newsid=25316



Foto Qalereya