Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Xəbərlər
19 Mart , 2019



Xəbər verdiyimiz kimi, Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında ötən ilin sonlarında “Gənc yazarların Mirzə Şəfi məclisi” yaradılmışdır. Novruz bayramı ərəfəsində məclis üzvləri arasında “Ən yaxşı bahar şeiri” adlı müsabiqə keçirilmişdir. Müsabiqənin qalibi Sadiq Nəbilinin “Novruzu qarşılayaq” şeirini təqdim edirik.

https://www.youtube.com/watch?v=jPLdHMXP5VE

                             Novruzu qarşılayaq


                               Hər tərəf yaşıllaşır

                               Elə Novruz gələndə.

                               Ağaclar çiçək açır

                               Elə Novruz gələndə.


                               Küsülülər barışır

                               Hər il Novruz gələndə.

                               Çox sevinir uşaqlar

                               Kosa, keçəl görəndə.

 

                               Bahar qızı oyandı,

                               Əl çalaq, alqışlayaq!

                               Gəlin, əziz uşaqlar

                               Biz onu qarşılayaq!

 

 Sadiq Nəbili, “Mirzə Şəfi məclisi”nin üzvü,

Suraxanı rayonu 84 №-li

tam orta məktəbin 4-cü sinif şagirdi