Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Xəbərlər
28 Mart , 2019

Xəbər verdiyimiz kimi, Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS), strategiya.az və “Vışka” qəzetinin informasiya dəstəyi ilə Moskvada keçirilən uşaq rəsm müsabiqəsində iştirak edir. Müsabiqə 1943-cü ildən Rusiya Federasiyasında məktəblilərin yaz tətili günlərində Uşaq Kitabı Həftəsi çərçivəsində keçirilir.

Azərbaycanın sözügedən müsabiqədə ilk dəfə iştirak etdiyini nəzərə alaraq, gənc rəssamlarımıza Azərbaycan müəlliflərinin əsərlərindən çəkilmiş şəkillərin müsabiqəyə təqdim edilməsinə razılıq verilmişdir. Müsabiqə iştirakçıları yazıçıların əsərlərinə dair şəkillər təqdim etmişdilər. Zəhra Həşimlinin (İ.A.Krılov “Tülkü və üzüm”), Rauf Məmmədovun (А. Belyayev “Amfibiya adamı”), Aysu Bağırovanın (К. Doyl “Baskervilərin iti”), Zəhra Qəribovanın (P.Bajov “Serebryannoye kopıtse”), Zeynəb Quliyevanın (А.Belyayev “Ostrov poqibşıx korabley”), Ana Tetraşvilinin (В.Бианки “Mavi qurbağalar”) çəkdikləri rəsmlər yekun turda iştirak etmək üçün Moskvaya göndərilmişdir. Bundan başqa, Moskvada yaşayan həmvətənimiz 10 yaşlı Kamilla Nəbiyevanın iki rəsmi (А. Rzayeva "Kukla", Sevinc Ağa Xəlilqızı "Yalqız canavar") müsabiqəyə təqdim edilmişdir.

Müsabiqəyə aprelin sonunda Moskva şəhərində yekun vurulacaq.

Foto Qalereya