Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Tədbirlər
10 Aprel , 2019



Xəbər verdiyimiz kimi, Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının nəzdində 2018-ci ilin sonundan gənc yazarların “Mirzə Şəfi məclisi” yaradılmışdır. Məclisin rəhbəri tanınmış uşaq yazıçısı, “Sehrli dünya” uşaq jurnalının baş redaktoru Gülzar İbrahimovadır.

“Mirzə Şəfi məclisi”nin növbəti toplantısı “Maskarad” nağıl qəhrəmanları mağazasında təşkil olunmuşdur. Gənc yazarlardan Sabunçu rayonu 137 nömrəli tam orta məktəbin ibtidai sinif şagirdləri Ayan və Ayla Hacılılar, Aydan Quliyeva, Eldar Allahverdiyev, Suraxanı rayonu 84 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi Sadiq Nəbili yeni yazdıqları şeir və hekayələri məclis üzvlərinə təqdim etdilər.

Şeir və hekayələr kitabxananın saytında yerləşdirilib.

http://yasamal.cls.az/front/files/libraries/81/documents/606203079.pdf

 


Foto Qalereya