Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Tədbirlər
15 May , 2019


 

     Bu gün, mayın 15-də Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın əməkdaşları İncəsənət Gimnaziyasının 2c sinif şagirdləri ilə növbəti “Nağıl saatı” keçirdi.

      Uşaq şöbəsinin müdiri Sevil Namazova, böyük metodist İradə Hüseynova və Gimnaziyanın müəllimi Yaqut Əzimzadə uşaqlara “Əkinçi və canavar”, “Cığal sərçə”, “Az danış, çox iş gör” cizgi filmlərini nümayiş etdirdilər. Uşaqlar böyük maraqla filmlərə tamaşa etdilər. Şagirdlərdən, Paşa Quliyev, Fatimə Pəhləvi, Əminə Nəcəfli, Sənubər Qənbərli, Rza Kərimzadə, İnci Həsənli, Pərvanə, Əjdər və Rəsul  İbrahimzadələr nümayiş olunan cizgi filmləri qəhrəmanları haqqında fikirlərini söylədilər.

      Sonra şagirdlər kitabxananın təşkil etdiyi yeni uşaq kitabları sərgisi ilə tanış oldular.

 


Foto Qalereya