Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Tədbirlər
12 İyun , 2019


Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının əməkdaşları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil etdilər.

      Universitetin elm və yaradıcılıq işləri üzrə prorektoru Məryəm Əlizadə tədbir iştirakçılarını salamladı. Yasamal rayon MKS-inin direktoru Lətifə Məmmədova ölkəmizdə 1992-1993-cü illərdə baş verən  hadisələrdən, ulu öndər Heydər Əliyevin bu yöndə atdığı addımlardan danışdı. Dünya Azərbaycanlılarının Həmrəyliyi Cəmiyyətinin prezidenti Tofiq Əlizadə Azərbaycanın inkişafından söhbət açdı. “Azərkitab” Kitab Təbliğatı Mərkəzi layihəsinin rəhbəri Mirisrafil Sabir Həsənov Ulu öndərin siyasi fəaliyyətindən bəhs edən kitablardan məlumat verdi.

Tədbirin iştirakçıları Milli Qurtuluş Gününə həsr olunmuş videoçarxı izlədilər.

Tədbirdə iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Məleykə Həsənova, kulturologiya üzrə fəlsəfə doktoru Xaləddin Sofiyev,  Kitabxana-İnformasiya Mərkəzinin müdiri Tamilla Əsgərova, biblioqraf Səbinə Quliyeva, kitabxana-informasiya fəaliyyəti üzrə müəllim Aysel Həsənova və b. iştirak və çıxış  etdilər.

Beynəlxalq müsabiqələr laureatı İslam Qasımov “Azərbaycan”, Sabunçu rayon 67 №-li tam orta məktəbin 10-cu sinif şagirdi Nuray Məmmədli “Ay çiçək”,  Nərimanov rayonu 93 №-li tam orta məktəbin 7-ci sinif şagirdi Mehman Ağazadə isə “Ana Kür”  mahnılarını ifa etdilər. 

Mərkəzi Kitabxananın metodisti İradə Hüseynova əməkdaşlığa görə universitetin rəhbərliyinə təşəkkürünü bildirdi.


Foto Qalereya