Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Xəbərlər
9 İyul , 2019


Bu gün, iyulun 9-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon MKS-nə hüquqşünas, yazıçı Mobil İsmayılovun “Qo-o-o-ol” kitabı hədiyyə edildi. Kitabda istedadlı qələm sahibinin futbol və futbolçular barədə peşəkar səviyyədə  əsaslandırılan düşüncələri, sanballı təhlilləri, maraqlı şərhləri ilə yanaşı, tanınmış məşqçilər, bənzərsiz futbol dahiləri haqqında olan yazıları da yer alıb. Kitabın redaktoru əməkdar jurnalist, “Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Qoçuoğlu müəllifin öz yaradıcılıq ənənələrinə, özünəməxsus süjet və üslub xəttinə sadiq qalaraq, futbolla bağlı çoxşaxəli düşüncələrini böyük ustalıqla publisistik səviyyəyə qaldırdığını, kitabın gələcəkdə müxtəlif xarici dillərə tərcümə olunacağını bildirir.

Müəllif əvvəllər də kitabxanaya bir neçə kitabını hədiyyə edib. Onun müasir dövrün gerçəkliklərini virtual panoramalarda əks etdirən, kriminal aləmin amansız məhək predmeti –  böyük pulların insan talelərini necə puç etdiyindən bəhs edən  “Cəngəllik düsturları” kriminal povesti oxucular tərəfindən maraqla qarşılanmışdır. 


Foto Qalereya